Yuxarı

Mirqafar Seyidov niyə Bakıya baş polis təyin edildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər naziri general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasovu vəzifəsindən azad edib. Nazir bundan sonra onun yerinə dərhal Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovu təyin etdi.

Axar.az xatırladır ki, bu təyinatın olacağı ilə bağlı hətta ötən il mediada xəbərlər yayılmışdı. Unikal.org saytı 2013-cü il aprelin 10-da yerləşdirdiyi yazıda Rafiq Abbasovun Seyidovla əvəzlənəcəyini qeyd etmişdi. Sayt etibarlı mənbəyə istinadla məsələyə bu cür yanaşmışdı:

"...Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tutduğu postdan azad ediləcək... Onu vəzifədə Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Mirqafar Seyidovun əvəzləyəcəyi gözlənilir. Seyidov hüquq-mühafizə sisteminin ən təcrübəli kadrlarından sayılır. 53 yaşlı general-mayor Mirqafar Seyidov 1989-cu ilin oktyabr ayından daxili işlər orqanlarında xidmətə başlayıb və hazırkı posta gətirilənədək bir çox müxtəlif önəmli vəzifələrdə xidmət edib. Əslində, Rafiq Abbasov da peşəkar kadr sayılır, amma indiki vəziyyətdə paytaxta daha sərt nizam-intizama malik bir generalın təyinatı məqsədəuyğun hesab olunur".

Maraqlı məqam isə Seyidovu əvəz edəcək şəxsin də adının qeyd edilməsidir. Belə ki, Seyidovu bu vəzifədə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin əvəz edəcəyi hələ o zaman söylənilmişdi. Xəbərin üzərindən bir il keçdikdən sonra proses həqiqətən baş tutdu.

Xatırladaq ki, Mirqafar Seyidov bir neçə inanılmaz əməliyyatın gerçəkləşməsində iştirak edən peşəkar zabit kimi tanınır. Onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəisliyi müddətində narkotacirlərə qarşı barışmaz olduğu, ciddi və səs küylü əməliyyatlara başçılıq etdiyi xəbərləri zaman-zaman ölkə mediasında yayılıb. Xüsusilə narkoticarətin məhvi, o cümlədən ictimai asayişin və cinayətkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində nazir Ramil Usubovun keçirdiyi son kollegiya iclasından sonra apardığı bu islahatı müşahidəçilər təsadüfi saymırlar.

Tarix
2014.11.04 / 16:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla