Yuxarı

Ramil Usubovdan yeni təyinatlar – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə həyata keçirilən kadr islahatlarının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov təyin olunub.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov isə DİN Baş kadrlar idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN mətbuat xidməti Nəsiminin polis rəisi Musa Musayevin vəzifə dəyişikliyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Noyabrın 1-də Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun təqaüd yaşı ilə bağlı işdən azad olunmuşdu.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunmuşdu.

Tarix
2014.11.04 / 17:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla