Yuxarı

Səlim Müslümov bir ildən sonra: nələr olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunmasının bir ili tamam oldu.

Axar.az xəbər verir ki, ötən il oktyabrın 22-də prezident sərəncamı ilə nazir təyin olunan S.Müslümov sələfi Füzuli Ələkbərovun yerinə gətirilib. Buna qədər isə o, Dövlət Sosial Müdafiə Fondunun sədri postunu tuturdu.
Onun nazir təyinatı ilə ƏƏSMN-də bir sıra səs-küylü kadr islahatları həyat keçirildi, fəaliyyətində nöqsan aşkarlanan rayon şöbə sədrləri, məmurlar işindən azad edildi. Səlim Müslümov bu bir ildə bəzilərini elə iclasdaca, səhvləri və yanlışları üzə çıxarkən, işdən kənarlaşdırması ilə də yadda qaldı.

Əsasən də sosial müavinətlərin verilməsində qeydə alınan neqativ hallarla bağlı cəza tədbirləri tətbiq gücləndirildi. Son aylar isə əvvəlki radikal addımlar nəzərə çarpmır.

Müşahidəçilər qeyd edirlər ki, hazırda nazirin əvvəlki fəallığının gözə dəyməməsi nöqsanların əhəmiyyətli hissəsinin aradan qaldırılması yönündə addımların atılması ilə bağlıdır. Buna baxmayaraq, proses davam edir: xüsusilə korrupsiya hallarına qarşı mübarizə tədbirləri nazirin bundan sonra da diqqət yetirəcəyi əsas məqam olaraq qalacaq.

S.Müslümov 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.

Tarix
2014.11.04 / 21:01
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla