Yuxarı

"Bakı" olayından ermənilər sui-istifadə etdi - Qazax ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Semeydə “Bakı” kafesindəki hadisəni sərxoş insanların xuliqanlıq hərəkətləri kimi qəbul etmək lazımdır. Bildiyimiz kimi, polis hadisəyə müdaxilə edib. Bu, ayrı bir epizoddur və bunu başqa məsələlərə aid etmək lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Qazaxıstanın Karakanda vilayətində ermənilərlə qazaxlar arasındakı kütləvi davada qazax gəncin qətlə yetirilməsindən sonra bir neçə şəxsin ermənilərdən qisas üçün azərbaycanlıların işlətdiyi “Bakı” restoranına gəlməsini şərh edən politoloq Urazqali Selteyev deyib.

Onun sözlərinə görə, erməni mediası “Bakı” kafesində yaşanan hadisədən sui-istifadə etməyə çalışdı:

“Qazaxların azərbaycanlılarla erməniləri eyniləşdirdiyi düşüncəsi yanlışdır. Bu, erməni mediasının sui-istifadəsidir. Qazaxıstanda böyük əksəriyyət Qarabağ problemindən xəbərdardır”.

Politoloq həmçinin bildirib ki, Qazaxıstanda etniklərarası münasibətlərdə ciddi bir problem mövcud deyil.

Urazqali Selteyevin sözlərinə görə, Qazaxıstandakı daxili siyasi vəziyyətlə tanış olmayan, səthi qavrayan xarici auditoriya üçün bu münaqişənin və bu məsələylə bağlı baş tutan spontan mitinqin səbəblərində etnik xüsusiyyətlər yatır:

“Etirazlar hüquq-mühafizə orqanları və məhkəmə sisteminə olan ictimai inamsızlığın nizamsız şəkildə böyüməsi ilə daha çox bağlı idi. Amma əlbəttə, Qazaxıstanda da hər hansı digər post-sovet ölkəsində olduğu kimi, yerli milliyyətçiliyin ayrı-ayrı təzahürləri həmişə olub, mövcuddur və olacaq da. Eyni etnik qrupun bir neçə nümayəndəsi adi münaqişələr zamanı ortaya çıxdıqda oxşar hadisələr daha əvvəl də müşahidə edilib. Yəni bu kimi hallarda etnik mənsubiyyət müvəqqəti rol oynayır”.

Tarix
2019.01.09 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla