Yuxarı

“Azərbaycan erməni cəmiyyətinə mesaj göndərməlidir ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox təəssüf ki, Ermənistandan Azərbaycana dezinformasiya ötürülür və bu da Azərbaycanın informasiya məkanına yol açır".

Bu sözləri Axar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın informasiya məkanında Dağlıq Qarabağla bağlı reallıqların yetərincə təbliğ olunmaması məsələsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, indi o məqamdır ki, Azərbaycan Ermənistan cəmiyyətinə və informasiya məkanına mesajlar göndərməlidir:

"Bu gün Ermənistanda mitinqlər keçirilir və cəmiyyət bundan doyub. Sosial- iqtisadi vəziyyət ağır dəyişikliklər tələb edir. Ermənistan siyasi dairələrinə, hakimiyyət dəyişikliyini istəyən qüvvələrə mesaj göndərməliyik ki, əgər siz sosial-iqtisadi rifahınızın normallaşmasını istəyirsinizsə, bunun birinci yolu Qarabağ ətrafındakı rayonların boşaldılmasından keçir. Sübut etməliyik ki, yalnız belə olan halda Azərbaycanla münasibətləri normallaşdıra, layihələrdə iştirak edə və bu gün Gürcüstanın əldə etdiyi investisiyaları qazana və Türkiyə ilə layihələri həyata keçirə bilərlər. İndiki zamanda biz Ermənistan cəmiyyətinə və siyasi dairələrinə məhz bunu çatdırmalıyıq. Azərbaycan prezidenti Ermənistanda hazırki kriminal rejimlə sülh sazişi imzalamağın mümkün olmayacağı fikrində haqlıdır. Əgər alternativ qüvvələr bu rejimi dəyişmək istəyərlərsə, bunun yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Biz bu mesajları bu gün Ermənistan cəmiyyətinə ötürməli və informasiya məkanına müdaxilə etməliyik. Çünki ancaq real olan Ermənistan informasiya məkanında müzakirə predmetinə çevrilməlidir".

Politoloq qeyd edib ki, bu gün ermənilərin bu duruma düşmələrinin də elə başlıca səbəbi Azərbaycanla düşmənçilikdir:

"Bizimlə dostluğu seçsələr, konkret layihələrin olacağı, hətta Gürcüstanla əməkdaşlıqda bu ölkənin nə qədər qazandığı barədə statistik məlumatlar da göndərə bilərik ki, işğalçılıq siyasəti ilə onlar nə qədər uduzub. Türkiyənin Baş naziri Əhməd Davudoğlu vaxtilə Bakı, Xankəndi, Laçın, Naxçıvan və Türkiyə nəqliyyat yolu layihəsini irəli sürməklə Ermənistanın işğalçılıq siyasətindən əl çəkərək iki ölkə ilə birlikdə tranzitdən qazanc əldə etməsi üçün konkret bir yol da təklif etmişdi. Bu gün onlarla belə layihə təklif etmək olar. Ermənistanın informasiya məkanında fəallığımızı artırmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyiriksə, düşmən meydanında özümüzü doğrultmağı bacarmalıyıq".

Tarix
2014.11.05 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla