Yuxarı

Millət vəkili: “Hansısa sazişin reallaşacağını gözləmirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hərbi rejim və maraqların girovuna çevrilən bir ölkədən və onun əhalisindən hansı sülhü gözləmək olar?"

Bu sözləri Axar.az–a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hazırki dönəmdə Böyük Sülh sazişinin reallığı məsələsinə aydınlıq gətirərəkən deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan bu gün müstəqilliyini itirmiş və müəyyən qrupların əlində hərbi forposta çevrilən bir ərazidən başqa heç nə deyil:

"Bu gün beynəlxalq ictimaiyyət, dünyanın nüfuzlu ölkələri Cənubi Qafqazda sülh əldə etmək istəyirlərsə, hüququn aliliyinə arxalanaraq Ermənistanı sülhə məcbur etməkdə müvafiq addımlar atmalıdırlar. İlk növbədə sanksiyalar tətbiq olunmalı və ərazilərimizin boşaldılması üzrə şərt qoyulmalıdır. BMT–nin və Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri tələb olunmayanadək biz sülh əldə də bilməyəcəyik. Çünki Ermənistan hansısa müstəqil qərarları qəbul etmək imkanına və gücünə malik olan müstəqil bir dövlət deyil. Bu gün ölkə və orada yaşayan əhali hərbi rejim və maraqların girovuna çevrilib. Nə qədər ki, İrəvana ciddi və sərt təzyiqlər edilməyib, hansısa bir sazişin reallaşacağını gözləmirəm".

Tarix
2014.11.05 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla