Yuxarı

“20 illik müharibə bir görüşdə həll edilə bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ciddi, ziddiyyətli, uzunmüddətli konfliktləri bir görüşlə həll etmək və buna ümid bəsləmək yanlış istiqamət olar".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Rasim Ağayev Paris görüşünün ardından Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin İsveçdə növbəti görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, nazirlərin bu görüşü Paris müzakirəsinin heç də nəticəsiz olmadığını göstərir:

"Məsələnin həlli vaxt və səbir tələb edir. Bu nöqteyi-nəzərdən rəsmilərin görüşü onu göstərir ki, Paris danışıqlarının müsbət nəticəsi var. Yəni Fransada konfliktlə bağlı müəyyən razılıqlar əldə olunmasa da, danışıqlar barəsində razılaşma var. Bu da hədə-qorxu, ziddiyyət, ritorikanı bir kənara qoyub məsələnin həlli anlamına gəlir. Yəni soyuq başla belə qızğın konfliktiləri daha asan həll etmək olar, nəinki qızğın başla. Vasitəçilər razılığın əldə olunması üçün pozitiv atmosfer yaratmağa çalışırlar. Bunun üçün isə intensiv görüşlərin olması olduqca vacibdir. Danışıqlar prosesi istənilən halda dayandırıla bilməz. Paris görüşünün ardınca Elmar Məmmədyarovla Nalbadyanın İsveçdə baş tutacaq görüşü də məhz bu məqsədi daşıyır. Konkret konfliktlə bağlı müzakirələr aparılacaq. Heç bir görüş heç vaxt nəticəsiz qalmır. Hər zaman hansısa nəticə olur. Hətta Parisdə qırğın belə olsaydı, bu da bir nəticə olacaqdı ki, tərəflər məsələni həll etməyi bacarmır. Ona görə də nəticə həmişə olur, ancaq bizim istədiyimiz nəticə yoxdur. Bu isə uzun vaxt tələb edir. 20 illik müharibənin ardından məsələnin bir görüşdəcə həllinə ümid bəsləmək yanlış istiqamət olar".

Tarix
2014.11.05 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla