Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Mart 2019


Mehmanın mayor rütbəli qardaşı var - Hüquq müdafiəçisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Teleqraf.com-a istinadən Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovla müsahibəni təqdim edir:

- Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Mehman Hüseynovla istintaq təcridxanasında görüşü necə baş tutdu? Bu görüşə reaksiyalarla bağlı nə deyə bilərsiniz?

- Bizi ən çox söyən Mehman Hüseynovun qardaşı Emin Hüseynov oldu. Dünən Sevinc Osmanqızının proqramında xeyli dırnaqarası ekspertləri də cəlb edib söyürdü. Halbuki Mehman Hüseynovla bağlı məlumatı verəndən sonra bu barədə xəbər az qala dünyanın hər yerinə yayıldı. O, dərhal bu barədə bildi. O, mənimlə, yaxud Səadət Bənanyarlı, Əliməmməd Nuriyev və ya Rauf Zeyni ilə əlaqə yaradıb qardaşı ilə maraqlana bilərdi. Mənim Votsap nömrəm də onda var, oradan da yazmadı. İlk növbədə zəng edib qardaşının taleyi ilə maraqlanmalı idi. Soruşa bilərdi ki, bəlkə KİV-lərə ütülü məlumat verirsiniz, qardaşımın vəziyyəti necədir? Bu adam bunu etməyə ehtiyac bilməyib, bizi söyməyə başladı ki, gedib qardaşımın başını aldadıblar. 30-a yaxın yaşı var, ali təhsillidir, dünyanın yarısını gəzib, onun başını aldadacaqdıq? Ancaq dünəndən maraqlanan, təşəkkür edən, Feysbukda yazıb, zəng edib Mehmanın vəziyyətini soruşan xeyli adam da var. Başa düşdüm ki, onlar səmimi olaraq, Mehmanın vəziyyətinin yaxşı olmasını istəyənlərdir. İstəməyənlər də var və bu, aydındır. Amma təəccüb doğuran bircə qardaşının reaksiyasıdır.

Bundan əvvəl də belə hal olub. Kanal 13-ün icraçı direktoru Əziz Orucov tutulanda nə addım atırdıqsa, Avropada yaşayan qardaşı alqışlayırdı, təşəkkür edirdi, pozitiv reaksiya verirdi. Çünki məqsədi doğrudan da onun azad olunması idi. Amma Emin Hüseynov dəhşətli dərəcədə həyəcanlanıb və ucdantutma hamını təhqir edir ki, uşağı aldadıblar.

- Bəs Mehman Hüseynovun ziyarət olunması ilə bağlı qərar necə verildi?

- Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri kimi bütün cəzaçəkmə müəssisələrinə maneəsiz girişimiz var, istintaq təcridxanasına daxil ola bilsək də, istintaq altında olanlarla bilavasitə görüş imkanı məhkəmənin razılığı əsasında olmalıdır. Ona görə də Mehman Hüseynovu ziyarət etməyimiz bir az uzanmışdı. Biz gedəndə atası da ordaydı, Qırmızı Xaç Komitəsinin üzvləri ilə də görüşdü, onların görüşü uzun çəkdi. Biz təcridxananın başqa kameralarını gəzdik, Mehman Hüseynovun da kamerasında olduq, saxlanma şəraitinə baxdıq, özü hələ kameraya gəlməmişdi, atasının gətirdiyi sovqatlar az qala otağın yarısı qədər yeri tutmuşdu, yerə düzülmüşdü. Otağın istiliyi o qədər çox idi ki, pəncərəni açmışdılar.

4 nəfərlik yerdə 3 nəfər saxlanılır, yoldaşları ondan razı idi, o da kamera yoldaşlarından razılıq elədi. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdən çıxanda Mehman Hüseynovla rastlaşdıq, təcridxana hissəsində deyil, inzibati hissədə konfrans zalında çay süfrəsi arxasında oturduq, saat yarıma yaxın söhbət elədik. Tutulandan bəri onunla rəftar, səhhəti barədə detallı məlumat verdi. Aclığı dayandırmaqla bağlı ərizəsi ilə tanış olduq, akt tərtib olunmuşdu, orada imzasını gördük, atasının ərizəsi vardı, onunla tanış olduq, özü elan elədi ki, quru yeməklər yeməyə cəhd edib (deyəsən, dolma dedi), amma sonra mədəsində ağırlıq hiss edib. Dedi ki, indi əsasən diyetik yeməklər – kəsmik, qatıq, yoğurt yeyir, süd içir. Söylədi ki, əsas qida rasionu bunlardan ibarətdir. Mən də təklif elədim ki, bal da qat, dedi, atam bal da gətirib, yeyərəm. Səmimi söhbətimiz oldu. Vəkili orada deyildi deyə, ona konstitusion hüquqlarını izah elədim. Özü bunu istədi. Mən çox yerə gedəndə məhkumlarla foto çəkdirirəm, amma yaymıram, dedim sənin ixtiyarın var ki, şəklinin yayılmasına, haqqında hansısa informasiyanın verilməsinə qadağa qoyasan, nə desən, onu edəcəyik. Dedi ki, nə məlumat və foto varsa, yaya bilərsiniz, heç bir problem yoxdur, bir istəyim var, o da azad olunmağımla bağlıdır.

O, özünə qarşı qaldırılmış ittihamla razı deyil, özünü təqsirsiz hesab edir. Əsas istəyi o idi, biz də onu çatdırdıq. Bəs niyə bəzi tərəflər həyəcanlandı, biz onu bilmirik. Görünən odur ki, kimlərsə Mehmanın səhhətinin yaxşı yox, əksinə, pis olmasını istəyir. Onun yazıq atası gedir rəhbərliklə görüşür, soruşurlar, ağsaqqal, nə problem var, nə edək, deyir hər şey yaxşıdır, bircə balamın azad olmasını istəyirəm. Qayıdıb gələndən sonra Emin ona təzyiq göstərir, durub deyir ki, qismən yeyir, süd içir və sair. Aclıq ayrı şeydir, diyet ayrı şey. Emin dünən deyir ki, o, qismən aclıq edir. Qismən aclığın da öz xüsusiyyətləri var, o da elan olunmalı, ayrı yerə yerləşdirilməlidir. Mehman öz kamerasında oturub ərizəsini yazıb ki, aclıq etmirəm. Qardaşı da bizi söyür ki, onu tovlayıblar, yalan danışıb. Bunlar qeyri-ciddi söhbətlərdir, axı əlimizdə sübutlar var, açıb ortaya tökə bilmərik, Mehmanın maraqlarına zidd olan heç nə etmirik.

Onu ortaya qoysaq, başqa şər-böhtan fikirləşəcək. Sevinc Osmanqızını başa düşdüm, onun üçün Mehmanın vəziyyətinin ağır olması daha yaxşıdır. Ay Emin, axı o, sənin qardaşındır...

- Məqsədləri nə ola bilər?

- Əslində onlar bizi sonrakı planlarımızdan çəkindirməyə çalışırlar. Deyirdik ki, bəlkə istintaq orqanlarına müraciət hazırlayaq. Onlar təkidlə dirəşib ki, siz müraciət etməyin, hökumətdən xahiş etməyin, dialoqa getməyin. Emin Hüseynov və o maraqlı qüvvələrin məqsədi budur. Yenə deyirəm, o maraqlı qüvvələri başa düşürəm, amma Emini heç cür anlamıram. Mehman dedi ki, qardaşım Eminlə yanaşı başqa qardaşım da var, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında mayor rütbəsində 20 ildir stajı var, qardaşımın məsələyə nə dəxli var. Bu barədə bizə danışdı, heç mən bilmirdim ki, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışan rütbəli qardaşı var.

- Niyə Avropada mitinqlər dağıdılanda, jurnalistlər həbs ediləndə, insan haqları pozulanda hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT nin əlaqədar qurumları səssiz qalır, ancaq Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır? Bunun səbəbini necə izah edərdiniz?

- Demirəm, Mehmanı müdafiə etməsinlər. Mehmanın özü nə edirsə, ona haqq qazandırıram. Çünki özünü müdafiə hüququ var. Avropadakı “5-ci kolon” Mehmanın ətrafında ajiotaj yaratmaq istəyir. Onların məqsədi fürsətdən istifadə edib Azərbaycan əleyhinə kampaniya təşkil etməkdir. Avropa Şurasının sessiyası ərəfəsində gündəmi zəbt etmək istəyirlər. Bizim Mehmanla görüşümüz onların planlarına böyük zərbə vurdu.

Əslində biz Mehmanın maraqları naminə getmişdik, başqa fikrimiz yox idi. İri dövlətlər Azərbaycanda yaratdıqları “5-ci kolon”u hərəkətə gətirir və məsələni gündəmdən çıxarmırlar. Amma iri dövlətlərdə baş verənləri heç kim qınamır, çünki bütün dünyaya təzyiq edən onlardır. Onlar gündəmi formalaşdırır, agent şəbəkəsini işə salır. Onlara qarşı kim bunu edəcək ki? Özünü siyasi partiya adlandıran qurumlar, yalançı jurnalistlər, bloggerlər anti-Azərbaycan şəbəkəsində birləşiblər. Mehmanın vəziyyəti pis olsa, Allah eləməsin, başına bir iş gəlsə, onlar üçün lap əla olacaq. Məni təsirləndirən əsas qardaşının hərəkəti oldu.

Tarix
2019.01.09 / 22:40
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab

Rusiya Əliyev-Paşinyan görüşündən narahatdır? – Açıqlama

Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq

Bura dünyada nadir bir yerdir - İlham Əliyev

Buna görə xoşbəxtəm - Mehriban xanımdan möhtəşəm müraciət

Lotu Quli Əli İnsanov haqda qərar verməlidir…

Nazarbayev getdi: Bakı-Astana münasibəti isə... – Şərh

Həkimdən Novruz xəbərdarlığı: şəkərbura, paxlava...

Ermənistana keçmiş azərbaycanlı ilə bağlı məlumat yayıldı

Prezidentin mühüm islahatı: AzTV-də nə dəyişdi?

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla