Yuxarı

Nikolun Qarabağ tərəddüdünü bu təzyiq sındıra bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yeni danışıqlar prosesi yetişməkdədir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycanın aktiv xarici siyasəti nəticəsində bir çox beynəlxalq təşkilatlar və əksər aparıcı dövlətlərin Qarabağ məsələsinin həllini dəstəkləməsi danışıqlar prosesi üçün yaradılan rahat şəraitdən xəbər verir:

“ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə etmir və hansı yolla olursa-olsun, problemin həllinin tərəfdarıdır. Üstəlik, Vaşinqton Moskva qədər qeyri-konstruktiv mövqe tutmur. Rusiya isə proseslərin zahirən uğurlu danışıqlar üzərində irəlilədiyini göstərir, ancaq reallıqda isə heç bir addım atmır. Əks təqdirdə problem çoxdan həllini tapardı. Ona görə də hər şey Rusiyanın danışıqlar prosesinə verəcəyi təkandan və tutacağı mövqedən xeyli asılı olacaq”.

Politoloq Rusiyanın son zamanlar postsovet məkanı ilə bağlı çox ziddiyyətli və aqressiv mövqe tutduğunu deyib:

“Rusiyada müəyyən siyasi elita tez-tez köhnə SSRİ-nin bərpa edilməsi ideyasını irəli sürür. Bu isə Moskvanın beynəlxalq hüquq normalarını pozmasına gətirib çıxarır. Bu səbəbdən də nə Qarabağla bağlı substantiv danışıqlara girmək, nə də məsələnin həllini beynəlxalq hüququn cızdığı yola səmtləndirmək mümkündür”.

Politoloq bu arada ABŞ-ın Azərbaycanda eks-səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın Paşinyanın Qarabağ probleminin həllində riskli addımlara gedə biləcəyi haqda fikirləri ilə razılaşmayıb:

“Paşinyan çox tərəddüdlü görünür. Köçəryan və Sərkisyan Qarabağ müharibəsi dalğasında hakimiyyətə gəlmiş və xalq qarşısında müəyyən öhdəliklər götürmüşdülər. Paşinyan isə hakimiyyət naminə xalq qarşısında müəyyən öhdəliklər götürüb. Düzdür, o hazırda sırf erməni xalqına xoş gəlsin deyə Qarabağ məsələsində radikal mövqe sərgiləyir. Ancaq hesab edirəm ki, Paşinyan yalnız ABŞ və Rusiyanın güclü təzyiqi fonunda beynəlxalq hüquqa uyğun hərəkət edə bilər”.

Tarix
2019.01.10 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla