Yuxarı

Fransa mitinqləri qadağan edir: bəs, "insan haqları"?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq uzun müddətdir ki, təkcə Fransada deyil, bir sıra Avropa ölkələrində icazəsiz mitinqlərin qarısını almaq üçün addımlar atılır.

Bu sözləri Axar.az-a Fransanın baş nazirinin ölkədə icazəsiz mitinq keçirənlərin sərt şəkildə cəzalandırılacaqları ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O vurğulayıb ki, indiki tələblərə görə, hətta nəinki keçirilən aksiyanın saatı, keçirildiyi yer deyil, az qala iştirakçıların kimliyi barədə də məlumatlar tələb edilir:

“Yəni elə bir mürəkkəb sistem yaradılır ki, bütövlükdə etiraz aksiyalarının keçirilməsi mümkün olmasın. Bu, şübhəsiz ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Sərbəst toplaşma hüququ fundamental azadlıqlardan sayılır. Bunun da kobud şəkildə pozulması, şübhəsiz ki, ilk növbədə insan haqları haqqında müvafiq beynəlxalq sənədlərə hörmətsizlikdir”.

Analitik bildirib ki, Azərbaycanla bağlı hər hansı bir məsələ ortalığa çıxanda isə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa İttifaqı, BMT ilə əlaqədar qurumlar tamamilə fərqli bir mövqe ortaya qoyur:

“Amma bu gün Fransada kütləvi şəkildə insanların hüquqları pozulur, çoxsaylı həbslər həyata keçirilir. 20-yə yaxın jurnalist artıq aksiyalarda polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı məhkəməyə müraciət edib. Bu, çox böyük göstəricidir. Azərbaycanda isə hətta mediaya, söz və fikir azadlığına aidiyyəti olmayan, insan haqları ilə heç bir bağlılığı olmayan, kriminal bir hadisə baş versə də, həmin anda bu hadisənin siyasiləşdirilməsi istiqamətində Avropanın bəzi qurumları müvafiq addımlar atılır. Səbəblər çoxdur. Birinci növbədə Azərbaycanın müstəqil siyasət yürütməsi, regionda öz maraqlarını diktə etməyə çalışan güc mərkəzlərinə, ayrı-ayrı korporativ qruplara qarşı müqavimət göstərməsi, həmsərhəd ölkələrə münasibətdə səmimi qonşuluq prinsiplərinə söykənməsi, ərazi bütövlüyü məsələsində prinsipial mövqedən çıxış etməsi, beynəlxalq hüquq normalarının qorunması məsələsində ədalətli mövqe nümayiş etdirməsi, eyni zamanda özünün milli maraqlarına söykənən siyasətinin olması bəzi dairələri qıcıqlandırır. Çünki onlar Azərbaycanda arzuladığı layihələri həyata keçirə bilmir. Azərbaycan hakimiyyəti və dövləti güclüdür. Bu faktorlar isə onlara təsir göstərir. Digər tərəfdən onlar həm də özlərinin korporativ maraqlarının ucbatından, qrant adı altında böyük məbləğləri mənimsəmək üçün hərəkətə keçirlər. Son dövrlərdə baş verən proseslər də bunun tərkib hissəsidir”.

Qeyd edək ki, Fransada icazəsiz mitinqin qadağan edilməsi ilə bağlı yeni qanun hazırlanır.

Tarix
2019.01.10 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla