Yuxarı

Ukraynada prezident seçkisində Qərb onu dəstəkləyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada seçki kampaniyası Rusiyanın Azov dənizindəki təxribatından sonrakı ərəfəyə təsadüf edir. Bu isə seçkilərin çox gərgin keçəcəyindən xəbər verir.

Bu sözləri Ukraynadakı seçki kampaniyasını Axar.az-a dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Ukraynada prezidentlik uğrunda əsas rəqabətin sabiq baş nazir Yuliya Timaşenko ilə indiki Prezident Pyotr Poroşenko arasında gedəcəyi şəksizdir. Düzdür, müxalifət nümayəndələri arasında keçmiş müdafiə naziri də daxil olmaqla, bir sıra önəmli şəxslər var. Ancaq onlar ukraynalılar arasında çox məşhur deyillər. Bu səbəbdən də Timaşenko müxalifətin liderinə çevrilib və hazırda ən yüksək reytinqə malik olan namizəddir. Ancaq Ukraynada keçirilən rəy sorğuları əsla xalqın ümumi əhval-ruhiyyəsini əks etdirə bilməz. Çünki bu rəylər lokal, çox zaman isə məqsədli xarakter daşıyır”, - Q.Hüseynli bildirib.

Politoloq Timaşenkonu indiki Ukrayna üçün yararlı namizəd hesab etmədiyini deyib:

“Birincisi, Yanukoviç tərəfindən həbsə atılsa da, Timaşenko SSRİ və Ukraynada ən böyük metallurgiya kombinatını özəlləşdirərək ələ keçirib. İkincisi, o, xalis ukraynalı deyil və qanında erməni qanı mövcuddur. Üçüncüsü, düzdür, Ukrayna ilə Rusiya arasında qaz müharibəsində Moskvaya gedərək Putindən müəyyən güzəştlər qoparmışdı. Ancaq sonradan bağlanan müqavilədə korrupsiya elementləri aşkar olunmuşdu. İndiki Prezident Poroşenko isə kommersiya strukturlarından siyasətə gəlib. Düzdür, o, prezidentliyi dövründə tam məşhurlaşa və korrupsiyanın qarşısını ala bilmədi. Eyni zamanda, Saakaşvili ilə münasibətləri də onun reputasiyasına müəyyən qədər zərbə vurdu. Buna baxmayaraq, Qərbin və ukraynalıların daha çox qəbul etdiyi namizəd məhz Poroşenkodur. Zənnimcə, o hazırkı Ukrayna üçün prezidentliyə ən yararlı namizəddir. Poroşenko bu postda bişib və ölkəsinin maraqlarını ifadə edən siyasət yürütməyi bacarır, üstəlik, Qərblə münasibətləri də normal səviyyədədir. Bütün bunlar isə onu qalibiyyətə aparır”.

Qeyd edək ki, Ukraynada 31 mart prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.

Tarix
2019.01.11 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla