Yuxarı

Qərb Türkiyəni buna qəsdən məcbur edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəratın şərqində iki terror təşkilatı - YPG ilə İŞİD arasındakı toqquşmada britaniyalı hərbçilərin ölməsi Yaxın Şərqdə baş verən proseslərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

“Ümumiyyətlə, Qərbin terror təşkilatlarına münasibəti birmənalı deyil. Qərb Yaxın Şərqdəki problemlərin kökündə duran radikal cərəyan və terror təşkilatlarının qarşısını almaq istəyirsə, onların hamısına eyni münasibət göstərməlidir. Qərb ölkələri isə əskinə, bir terror təşkilatına dəstək verib, digərinə qarşı gəlməklə Yaxın Şərqdəki problemləri daha kəskin və qanlı məcraya daşıyır. Qərbin radikal cərəyanlardan öz məqsədləri naminə bu şəkildə yararlanması yolverilməzdir. Bu mənada Fəratın şərqində iki terror təşkilatı - YPG ilə İŞİD arasındakı toqquşmada britaniyalı hərbçilərin ölməsi Yaxın Şərqdə baş verən proseslərin mahiyyətini açıq şəkildə ortaya qoyur”, - analitik bildirib.

V.Zifəroğlu bu kontekstdə Qərbin Türkiyədən PYD və YPG-yə olan münasibətin yumşaldılması ilə bağlı tələbini absurd sayıb:

“PYD və YPG Türkiyənin milli və dövlət maraqlarına birbaşa təhdiddir. Terror təşkilatlarına öz maraqları çərçivəsində fərqli baxış sərgiləyən Qərb Türkiyəni bilə-bilə buna məcbur edir. Bu gün Qərblə Türkiyənin münasibətlərinin önündə duran əsas prinsipial məsələ də elə bundan ibarətdir”.

Tarix
2019.01.11 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla