Yuxarı

Azərbaycan-Gürcüstan biznes forumu keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verib. Qeyd edilib ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən bugünkü biznes forum da iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək.

Rüfət Məmmədov Azərbaycan investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırdığını qeyd edərək Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, hazırda nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət və s. sahələrdə 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar. AZPROMO rəhbəri Gürcüstanla müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulamış və Gürcüstanla müştərək turizm marşrutlarının müəyyən edilməsinin məqsədəuyğunluğunu qeyd edilb.

Tədbirdə AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze "Acarıstan investisiyalar üçün əlverişli məkandır", Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili "Acarıstan turistlər üçün əlverişli məkandır" mövzusunda təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

Tarix
2014.11.05 / 16:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla