Yuxarı

İngiltərə: "Azərbaycanı tənqid etməli, yoxsa dəstək verməli?"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın "News Performance" nəşri özünün "Biz Azərbaycan kimi inkişaf etməkdə olan ölkələri tənqid etməli, yoxsa onlara dəstək göstərməliyik?" adlı məqaləsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanla bağlı mövqeyini tənqid edib.

Trend-in məlumatına görə, məqalə müəlliflərinin yazdıqları kimi, bu yazı baş katibin "Azərbaycanda insan hüquqları çox həssas məsələdir. Böyük Britaniya buna göz yummamalıdır" məqaləsinə cavabdır.

Məqalədə deyilir: "Baş katib bilməlidir ki, öz qonşuları ilə müqayisədə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət daha yaxşıdır. Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları haqqında Ümumi Bəyannamə ilə təminat verilmiş vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqları onların milli səviyyədə reallaşdırılması üçün öyrənir".

Müəlliflərin fikrincə, T.Yaqland Azərbaycanın və dövlət başçısı İlham Əliyevin başlıca vəzifəsi olan ölkədə demokratiyanın inkişafı ilə bağlı öz hədəflərinə nail olmağa və insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmağa çalışdığını anlamaq iqtidarında deyil.

Nəşr yazır ki, Azərbaycan, habelə beynəlxalq hüquq normalarına uyğun gəlməyən qanunlarla bağlı islahatları həyata keçirməkdə, ölkə və beynəlxalq birlik arasında əlaqələri yoluna qoyan beynəlxalq qurumlarla işləməkdə davam edir.

Müəlliflər yazırlar ki, hətta T.Yaqlandın özü yaxşılaşmanın olduğunu etiraf edir və öz məqaləsində göstərir ki, "işıq yeri var".

Üç həftə əvvəl Prezident İlham Əliyev aralarında hüquq müdafiəçilərinin də olduğu 84 məhkumu öz sərəncamı ilə azad edib.

Məqalədə gələcəkdə çoxlu sayda fəalın əfv olunmasına gətirib çıxara biləcək və məqsədi vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında müzakirələrin aparılmasını təmin etmək olan hüquq müdafiəçilərindən, parlamentarilərdən, Prezident Administrasiyasının nümayəndələrindən və Avropa Şurasının (AŞ) ekspertlərindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrupun yaradılması da qeyd olunub.

Müəlliflər yazırlar: "Biz Azərbaycanı tənqid etmək əvəzinə, daha mütərəqqi dəyişikliklərə nail olmaqdan ötrü ölkəni təşviq etməliyik".

Məqalədə qeyd edildiyi kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və AŞ ilə söz azadlığı və məhkəmə hakimiyyətinin müstəqilliyini dəstəkləyən layihələrin reallaşdırılması üçün fəaliyyət planını razılaşdırıb.

Məqalə müəllifləri yazırlar: "Azərbaycan inkişaf və demokratiya baxımından gənc ölkədir və biz bu ölkədən Böyük Britaniya səviyyəsində demokratik sistem gözləyə bilmərik. Buna mənfi qiymət verməzdən əvvəl, fikrimizi regional kontekstə cəmləşdirməliyik. Beləliklə, biz cənab Yaqlandın fikrinə hörmət edirik, lakin onun əsaslandırmaları ilə razılaşmırıq. Hesab edirik ki, insan haqları ilə bağlı vəziyyət yaxşılaşacaq, çünki aydındır ki, ölkə rəhbərliyinin Azərbaycanı Avropa demokratiyası səviyyəsində ölkəyə çevirmək üçün güclü iradəsi var".

Tarix
2014.11.05 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla