Yuxarı

Zakir Həsənov: "Mühüm bir mərhələnin bünövrəsi qoyulur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra Mərkəzin rəisi polkovnik Nazim Əlibəyov kursu müvəffəqiyyətlə bitirən məzunların müxtəlif ixtisaslar üzrə xidmətlərini davam etdirmək üçün hərbi hissələrə yola salınacağı barədə məruzə edib.

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov geniş və proqram xarakterli nitqlə çıxış edib. Nazir əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək, orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.
"Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaqdır. 5 il, 10 il bundan sonra da bu hadisə yaddaşınızdan silinməyəcəkdir. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur - siz zabit vəzifələrinə təyin edilməklə Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfələr verirsiniz.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdi. O, qeyd edirdi ki, zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. Doğrudan da zabit peşəsi ən müqəddəs və vacib peşələrdən biridir, çünki bu peşənin əsas mahiyyəti Vətəni qorumaqdan ibarətdir", - deyə nazir qeyd edib.

Müdafiə naziri tədbirdə iştirak edən şəxsi heyətə müraciətlə demişdir: "Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir. Vətənimizin ciddi sınaqlar qarşısında qaldığını və torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.

"Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə Azərbaycan dövləti münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir.

Tarix
2014.11.05 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla