Yuxarı

Azərbaycan Ermənistanı bu sahədə 6 dəfə üstələyir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan MDB ölkələri arasında ən az borclanmaya görə aparıcı yerdədir.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, ümumi daxili alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən məbləğin həcminə görə (bir nəfərə düşən məbləğ 17529 dollardır) Azərbaycan 187 ölkə içərisində 74-cü yerdə qərarlaşır və Çin, Cənubi Afrika Respublikası, Serbiya, İndoneziya kimi ölkələri qabaqlayır:

“İqtisadiyyatın durumunun qiymətləndirilməsində istifadə olunan bu meyarla MDB məkanında da qabaqcıl yerlərdən birini tuturuq. Alıcılıq Qabiliyyəti Pariteti üzrə Azərbaycanda istehsal olunan ÜDM-in real həcmi 172 milyard ABŞ dolları səviyyəsindədir. Bu isə o deməkdir ki, Azərbaycan Cənubi Qafqazda real olaraq istehsal olunan ümumi daxili məhsulun 72%-dən çoxunu verir və istehsal etdiyi ÜDM həcmi Gürcüstanda istehsal olunan ÜDM həcmindən 4,3 dəfə, Ermənistanda istehsal olunan ÜDM-dən isə 6,1 dəfə çoxdur”.

Professor Azərbaycanın adambaşına düşən xarici borclarının həcminə görə də dünyada ən yaxşı göstəricilərdən birinə sahib olduğunu deyib:

“Azәrbaycanın xarici dövlәt borcu 9 600,2 milyon dollar və ya 16 320,3 milyon manatdır. Xarici dövlәt borcunun ümumi daxili mәhsula olan nisbәti isə 21.9 faiz tәşkil edir. Adambaşına borc - 970 dollar və ya 1650 manata bərabərdir. Bu isə MDB ölkələri arasında ən az borclanma göstəricilərindən biridir”.

Tarix
2019.01.11 / 17:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla