Yuxarı

İsraildən Türkiyəyə: Bolton niyə bu marşrutu seçdi? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlər Suriya probleminin həllində vacib bir mərhələnin başladığı qənaətindədirlər. Proseslər bir neçə il öncədən xeyli fərqli məzmun kəsb edib. İndi meydanda Rusiya aparıcı oynayır. İran və Türkiyə ciddi fəallıq göstərirlər. İran Suriyada İsrail və ABŞ üçün əməlli-başlı başağrısına çevrilib. Bunların fonunda türk ordusunun Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyata hazırlaşması əhəmiyyətli geosiyasi-hərbi addım kimi qiymətləndirilir. Amerika Prezidenti D.Tramp Suriyadan qoşunlarını çıxarmaqla bağlı bəyanat verərək aranı daha da qarışdırıb. İndi daha çox bu prosesin gedişatı müzakirə olunur. C.Boltonun Türkiyəyə səfəri həmin aspektdə ekspertləri maraqlandırırdı. ABŞ Prezidentinin müşaviri Ankaraya gəldi və ... tez də qayıtdı. Bu hadisənin səbəblərinin geosiyasi təhlili üzərində geniş dayanaq.

İsraildən Türkiyəyə: Bolton niyə bu marşrutu seçdi?

Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin səfərləri həmişə mühüm hadisə hesab olunur. Con Bolton Rusiya və Cənubi Qafqaza gələndə, ekspertlər bunun arxasında ciddi geosiyasi maraqların dayandığını ifadə edib müxtəlif versiyalar irəli sürdü, əsas mövzunun isə İran olduğuna işarə etdilər. Bu təxminlər özünü doğrultdu. Aydın oldu ki, Amerika rəhbərliyini demokratiya, insan haqları, ədalət, beynəlxalq hüquq normalarına əməl etmək maraqlandırmır. Emissarlar ABŞ rəhbərliyinin qafasına nələr uyğundursa, onu da danışıb gedirlər.

Con Boltonun İsrail və Türkiyəyə səfəri haqqında da eyni məntiqlə bəhs etmək olar. Maraqlıdır ki, türk-müsəlman aləmi ilə dost olmaq istəməyən bir sıra məhdud düşüncəli dairələr bu məqamdan az qala strateji geosiyasi nəticələr çıxardılar. Türkiyəyə münasibətdəki sərsəm və mənasız ritorikanı bir kənara qoyuruq, ekspert kimi ifadə etdikləri fikirlərin az da olsa geosiyasi əhəmiyyəti yoxdur. Bu alçaqlığı daha çox erməni şovinist dairələrinə yaxın olan media qurumları edir. Ancaq onlar da son zamanlar Türkiyə-Rusiya münasibətlərinin yüksəlişi səbəbindən çox dərinə gedə bilmirlər. Bununla belə, prosesin geosiyasi reallığını təhrif edirlər. Əslində isə C.Bolton Ankarada elə bir dərs aldı ki, uzun müddət çətin ki, unuda bilsin.

İlk növbədə, C.Boltonun niyə İsrailə səfər etməsi məsələsi maraqlıdır. Bu o deməkdir ki, Vaşinqton Yaxın Şərqə Təl-Əvivin gözü ilə baxmaqda davam edir. Bu isə avtomatik olaraq Amerikanın anti-müsəlman, anti-Fələstin, anti-İran mövqeyində dayandığını təsdiqləyir. Belə ilkin şərtlərlə regiona gələn amerikalı yüksək vəzifəli şəxs hansı səmərəli təklif verə bilər? Faktiki olaraq, heç bir. Təcrübə də bunu tam sübut etdi.

C.Bolton İsraildə regionda sabitliyin təminini deyil, bütövlükdə situasiyanı İsrailin xeyrinə necə qoruyub saxlamağın yollarını müzakirə edib. Burada isə müsəlman ölkələri üçün hazırlanmış və daha çox etnik və məzhəb mənsubluğuna əsaslanan terror qruplarına dəstək ön plandadır. Bu üsul kənarda olanlara insan itkisi vermədən ümumən vəziyyəti öz xeyrinə idarə etməyə imkan verir. İtirdikləri puldur, lakin onu da narkoticarət və silah satışı ilə terrorçulardan geri alırlar. Bu səbəbdən C.Boltonun hələ Türkiyəyə gəlmədən "kürdləri qətl etməyin" kimi cəfəng fikir səsləndirməsinin arxasında nələrin dayandığı yaxşı məlumdur.

Məsələ ondan ibarətdir ki, kürdləri daha çox kənardakı qüvvələr qətlə sürükləyirlər. Lakin söhbət bütövlükdə kürd xalqından gedə bilməz. Kürdlər mərd və qəhrəman xalq kimi həmişə vətəndaşı olduqları dövlət və cəmiyyətlərə sədaqətli olublar. İndi də belədir. Kənar qüvvələr müəyyən radikal düşüncəli gəncləri yoldan çıxarmaqla cinayətlərə təhrik edib, bunu bütün xalqın adından təqdim etməyə çalışırlar. C.Bolton faktiki olaraq bunu Ankarada Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla söhbətində təsdiq edib. O, bütün kürdləri deyil, ancaq YPG-ni nəzərdə tutduğunu deyib. Lakin belə etirafları məhdud dairələrdə etməklə yenə də ictimaiyyətə yalan danışırlar.

Ancaq Ankara C.Boltondan çox informasiyalar ala bildi. Məlum oldu ki, Vaşinqton Türkiyənin müstəqil Yaxın Şərq siyasətindən narahatdır. Donald Trampın komandasını hər şey maraqlandırır. Ankara Moskva ilə nələri danışacaq? Fəratın şərq sahilinə daxil olduqda, hansı tədbirləri görəcək? Əgər Vaşinqton nələrisə qadağan etsə, Türkiyə ona əməl edəcəkmi? Və əsas olaraq Amerika Suriyanın şimalından çəkilmə prosesini uzatsa, Ankara müstəqil davranacaqmı?

"Müttəfiq"in gizli planı: yeni terror qrupu və regional təhlükəsizliyə yaranan risklər

Bu kimi sualları türk ekspertlər danışıqlarda ifadə edilən fikirlər əsasında analiz edirlər. Onlar belə qənaətə gəlirlər ki, Con Bolton Ankaradan əliboş və cavabını tam olaraq almış durumda ayrılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə C.Boltonla görüşməyi lazım bilməyib.

Bunlar geosiyasi aspektdə nəyi ifadə edir? Belə görünür ki, ABŞ Yaxın Şərq siyasətində ciddi heç bir dəyişiklik etmək fikrində deyil. Əksinə, özünü zahirən bir qədər kənara çəkilən kimi göstərib, daha dərindən vəziyyəti qarışdırmaqda davam edəcək. Amerika regiondakı əsas müttəfiqi ilə birlikdə minimum zərərlə maksimum fayda prinsipi üzrə vəziyyəti öz marağına uyğun şəklə salmaqda israrlıdır. Bu o deməkdir ki, Suriya məsələsində yeni strateji oyunlar başlayır. Bu mərhələdə daha çox Türkiyə və İranı intriqaların, silahlı toqquşmaların alovuna atmaq niyyəti mövcuddur.

Bütün bunları Ankarada və Tehranda çox gözəl bilirlər. Deməli, 2019-cu ildə Yaxın Şərq məsələsində Rusiya, İran və Türkiyənin daha fəal əməkdaşlıq etmək şanslarının çox olduğunu etiraf etmək gərəkdir. C.Boltonun da tez-tez türk heyətindən R.T.Ərdoğanın Rusiyada V.Putinlə hansı məsələləri müzakirə edəcəyini soruşması təsadüfi deyil. Bunun fonunda amerikalı heyətin həm də "İran Suriyada güclənməməlidir" deməsi diqqəti çəkib. İbrahim Kalının amerikalılar çəkildikdən sonra Vaşinqtonun YPG ilə bağlı planlarının nədən ibarət olacağı barədə sualına cavab kimi C.Boltonun yenə də İran məsələsini ortaya atması çox məqamlardan xəbər verir.

Belə başa düşülür ki, Vaşinqton İŞİD problemini ortaya atan başlıca qüvvədir. İndi bu terror təşkilatının məhv edildiyini bəyan etməsi, ancaq meydana yeni terror təşkilatı çıxarmağa edilən işarədir. Əgər "əl-Qaidə" Əfqanıstan məsələsini "həll etmək", İŞİD İraq, İran və regionun digər müsəlman dövlətləri üçün bəla olmaq üçün yaradılmışdısa, YPG/PYD bu məqsədlərin inkişaf etdirilməsi üçündür. Bunun üçün hədəfdə Türkiyə və İranın olacağına şübhə yoxdur. Deməli, C.Bolton, əslində, Türkiyəyə "sizin üçün yeni terror qruplaşması hazırlamışıq" deməyə gəlmişdi. Ankara da konkret dedi: "Hodri meydan"! (Yəni biz varıq, hazırıq, cürətin çatır, çıx meydana!).

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankaranı vaxtından tez tərk etməsinin səbəbi, bizcə, yuxarıdakı fikirlərdən aydın olur. C.Bolton Cənubi Qafqazda olduğu kimi, Yaxın Şərqdə də istədiyini ala bilmədi. Konkret olaraq Türkiyədə amerikalılara anlatdılar ki, artıq onların ssenariləri üzrə nə İranla, nə Suriya ilə, nə də kürdlərlə düşmən olmaq fikrində olan yoxdur. C.Bolton Ankaranı tərk edəndən bir qədər sonra Türkiyə İrandan yanacaq idxalını bərpa edib.

C.Boltona açıq şəkildə bildirilib ki, Suriyaya hərbi müdaxilə üçün Türkiyə kimsədən izn almaq fikrində deyil. Lakin Ankara atacağı addımlar barədə müttəfiqlərini xəbərdar edir. Rusiya və ABŞ-la informasiya mübadiləsi də bunun üçündür.

Ekspertlər C.Boltonun Türkiyəyə səfərindən sonra Suriya məsələsi ətrafında geosiyasi situasiyanın inkişaf istiqaməti ilə bağlı proqnozlar verirlər. Vaşinqtonun vəziyyəti daha da radikallaşdıracağını gözləmək olar. Çünki artıq Suriyada nizamlama prosesində nə Vaşinqton, nə də Təl-Əviv aparıcı deyil. Təşəbbüs Rusiyadadır. Regionda isə ən güclü oyunçu Türkiyədir. Bu iki qüvvə Suriyada və daha sonra bütövlükdə Yaxın Şərqdə geosiyasi dinamikanı Amerika üçün arzuolunmaz bir ritmə gətirə bilər. Bu prosesdə İsrailin maraqları ödənməyə, bunun fonunda isə İranın mövqeyi güclənə bilər.

Həmin gedişatın fonunda Qərbin indiyə qədər aktiv istifadə etdiyi terror qrupları yaradıb, istifadə edib, sonra onları yeniləri ilə əvəz etmək üsulu da ciddi zərər görmüş olar. Bununla Yaxın Şərqin müasir tarixində əhəmiyyətli bir dəyişiklik ola bilər. Çətin ki, Amerika və onun regiondakı müttəfiqi proseslərin bu istiqamətdə getməsini kənardan sadəcə müşahidə etsinlər. Deməli, qarşıda daha mürəkkəb və çətin geosiyasi çarpışma durur. C.Boltonun Yaxın Şərqə səfərinin bəlkə də real nəticəsi bundan ibarətdir. Yəni o, hansısa məsələni həll edə bilmədi, əksinə, yeni intriqalara apara biləcək proseslərin toxumunu səpdi.

Doğrudur, Ankarada müəyyən məsələlərə dair ortaq fikirlər də formalaşıb. Məsələn, türk və amerikan heyətləri arasında müzakirələrin genişləndirilməsi və ABŞ-ın Suriyadan çəkilməsinin konkret detallarının aydınlaşdırılması bu qəbildəndir. Lakin bu kimi "razılaşmalar" əsas məsələlər üzrə fikir ayrılığının fonunda xırda görünür. Bu mənada Con Boltonun səfərini uğurlu saymaq çox çətindir.

Nyustayms

Tarix
2019.01.11 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla