Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Bu, daha da düşməlidir və düşəcəkdir - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb.

"Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Tarix
2019.01.11 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran Baş Qərargah rəisinin Bakıda Qarabağ bəyanatı... – Şərh

Prezident güc strukturlarında da islahata başladı – Fərman

Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi

Prezident fərman verdi: Bu institutlar birləşir

Ləğv edilən qurumlara bu il ayrılan milyonlar... - İqtisadçı

Lavrovun Bakını tərifləməsi... - Açıqlama

Hava normaldır: Sabah dərs olacaq?

Qasırğa zamanı təhükədən necə qorunmaq olar?

MTRŞ sədrinin sərt tənqidi: TV-lərdə islahat başlayır?

Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla