Yuxarı

Ordumuzun bu uğuru təsdiqləyir ki... – Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə hərbi sahədə əldə olunan nailiyyətlər Qarabağ probleminin qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Ali Baş Komandan dəfələrlə bütün çıxışlarında Azərbaycan Ordusunun vəziyyətini yüksək qiymətləndirib:

“Azərbaycan Ordusu daim yeni texnika və müasir silahlarla təchiz olunur. Bu gün hərbi mütəxəssislərimiz NATO və MDB üzrə bütün tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Tez-tez Azərbaycana səfər edən NATO generalları mütəxəssislərimizin sülhməramlı qüvvələrin tərkibində xidmətini yüksək qiymətləndirirlər. Baxın, 20 nəfərdən başlayan sülhməramlılarımızın sayı hazırda 120-dən yuxarıdır. Bununla bağlı ildən-ilə Azərbaycana müraciətlər artır. Bundan başqa, 20-25 şəxsi heyətin iştirakı ilə keçirilən irimiqyaslı təlimlər Azərbaycanda xeyli peşəkar sərkərdələrin olmasından və ordumuzun peşəkarlığından xəbər verir”.

Polkovnik qeyd edib ki, Azərbaycan heç vaxt ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı ilə barışmayacaq:

“2018-ci ildə Ordumuz bir sıra uğurlara imza atdı. Xüsusilə də 2018-ci ildə Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət bərpa olundu. Əminəm ki, bu uğurlar 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etməsinə və Dağlıq Qarabağ məsələsinin qısa bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək”.

Tarix
2019.01.12 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla