Yuxarı

Kim Çen dərman fabrikinə niyə getdi? - Dəhşətli silah

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az rusiyalı politoloq, Uzaq Şərq üzrə ekspert Yuri Moskalenko ilə müsahibəni təqdim edir:

– Şimali Koreya lideri Kim Çen İnin Çin səfəri çərçivəsində dərman fabrikinə getməsi necə izah olunmalıdır? Keçmiş hadisələrlə müqayisə etsək, onun hər oxşar səfəri yeni bir müəssisənin açılması ilə nəticələnib. Şimali Koreyanın yaxın gələcəkdə öz dərmanlarının istehsalına başlaması mümkündürmü?

– Əgər çinlilər bunun əleyhinə olmasa, tamamilə mümkündür. Şimali Koreya Çindən çox asılıdır. Burada həm də daha ciddi nüanslardan söhbət gedir.

Əgər amerikalılar Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur edərsə, digər şantaj üsullarına ehtiyac yaranacaq. Alternativ şantaj bakterioloji silah ola bilər. Bu, Çinə də sərf edir. Vaşinqtonla qarşıdurma kontekstində Şimali Koreyanı ABŞ, Yaponiya, hətta geniş mənada Qərbə təzyiq vasitəsi kimi istifadə etmək Çin üçün olduqca əlverişlidir.

– KXDR Çinin əlində oyuncaq olmağa razılaşacaq?

–Xeyr, razılaşmayacaq. Şimali Koreya öz oyununu oynayır və həm Çin, həm də Rusiyadan istifadə etməyə çalışır. Bəzən bu maraqlar üst-üstə düşür.

– Sizin fikrinizcə, Pxenyan ilk növbədə hərbi, yoxsa mülki sahədə öz sənayesini inkişaf etdirəcək?

– Hesab edirəm ki, mülki sahədə valyutanı qəbul etməyə imkan verən sahələr – dəniz məhsullarının ixracı və sairə, hərbi sahədən isə, sanksiyalara baxmayaraq, raket istehsalı ilə bağlı sənaye inkişaf edəcək. Bioloji (bakterioloji) silahların istehsalı da bura aiddir. Və burada əczaçılıq şirkətlərinə çox ehtiyac olacaq.

Tarix
2019.01.12 / 08:45
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla