Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Bu, Ermənistanın işğalçılıq siyasətinin iflası idi - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs etdi. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğuladı.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı çıxışını Azərtac-a şərh edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Ermənistanı 20 il ərzində idarə etmiş kriminal, hərbi xunta rejiminin çökməsi bir sıra məqamlara yenidən aydınlıq gətirmiş oldu. Əvvəla, bu, Azərbaycanın Ermənistanı regionda bütün geostrateji layihələrdən təcrid etmək siyasətinin nəticəsi və Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Ermənistan regionun lider dövləti olan, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Bütün diplomatik cəbhələrdə uduzmaqda davam edən bu ölkənin bölgədə təcrid vəziyyəti getdikcə dərinləşir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Digər məqam ondan ibarətdir ki, işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmədilər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərdi, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş oldu. Avropa Parlamenti, Avropa Şurası kimi demokratik dəyərlərdən, ədalətdən danışan qurumlar isə ikili standartlara söykənərək obyektiv münasibət ortaya qoymamışdılar. Həmin qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin sözügedən təşkilatlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Bu, ikili standartlara əsaslanan qeyri-obyektiv yanaşmanın bariz ifadəsi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü “konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, müvafiq institutların ələ alınmasının nəticəsi idi. Yəni, işğalçı Ermənistana rəhbərlik edən kriminal rejim rüşvət vasitəsilə bir sıra siyasətçiləri satın alaraq seçki saxtakarlıqlarına, digər antidemokratik proseslərə görə tənqid və qınaq obyektinə çevrilməkdən xilas olmuşdular. Bu, qeyri-leqal və korrupsioner fəaliyyətin, işbirliyinin göstəricisidir. O səbəbdən bu məsələ müvafiq beynəlxalq təsisatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, kriminal rejimə öz dəstəyini vermiş “siyasətçi”lər məsuliyyətə cəlb edilməlidirlər.

Tarix
2019.01.12 / 21:22
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Kasprşik Paşinyanla Qarabağı müzakirə etdi

Qərbi azərbaycanlıların lideri kimdir? – Sensasion açıqlama

İrəvan və Bakı razılığa gəlir - "Vaşinqton Post"

Balakəndə axtarışda olan şəxs saxlanıldı

ABŞ bir ölkənin torpağını digərinə “verirsə”... - Analitik

Ukraynalılar gənc yumoristi prezident seçir?..

Əli Həsənovdan Nazarbayevin istefasına - Reaksiya

Lavrovun “nüvə savaşı” narahatlığının səbəbi

Nazarbayevin prezidentlikdən gedişi... - Ekspert

Mehriban Əliyeva Nazarbayevanı təbrik etdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla