Yuxarı

Fizuli Ələkbərovun federasiyasında qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Cüdo Federasiyasında axsamaların olması, idmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində böyük narazılıqlar yaradıb. Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub.

Publika.az-ın xəbərinə görə, Cüdo Federasiyasında maaş etirazı başlayıb. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşların verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız "bu yaxınlarda veriləcək, bir az səbr edin" deyilib.

Əməkhaqlarını ala bilməyən idmançıların isə məşqlərə həvəssiz yanaşdığı qeyd olunur.

Vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Fizuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu, baş tutmayıb.

Qeyd edək ki, Fizuli Ələkbərov iş adamı kimi tanınıb, nazir təyin olunduqdan sonra isə özünə məxsus "İmprotex Group" şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Ötən il oktyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən alınan F.Ələkbərov hazırda biznesinin başına keçib. Xatırladaq ki, geniş imkanlara malik "İmprotex Group"in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.

Tarix
2014.11.06 / 11:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla