Yuxarı

Putinin təzyiqi qarşısında Nikol niyə onu azad etmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçəryan keçmiş prezident Serj Sərkisyandan güclü fiqurdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyan Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəldi, Moskvanın isə inqilablardan xoşu gəlmir.

“Kremlin bölgədə (Gürcüstan, Ukrayna) baş verən bütün “rəngli inqilablara” münasibəti mənfidir. Ona görə də Kreml ilk gündən Paşinyana şübhə ilə yanaşdı. Doğrudur, Paşinyan il ərzində bir neçə dəfə Rusiyaya səfər etdi və Prezident Vladimir Putinlə görüşdü. Buna baxmayaraq, iki ölkə arasındakı münasibətlərdə problemlər qalır”, - politoloq bildirib.

E.Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan Ermənistanda “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə son qoydu:

“Dekabrda Ermənistandakı parlament seçkisinin nəticələrinə görə, “Qarabağ klanı” hətta parlamentdən kənarda qaldı. Bundan başqa, Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadadır və məhkəməsi olacaq. Bu faktorlar da Kremlin xoşuna gəlmədi. Çünki Köçəryan Putinin ən yaxın dostlarından biridir. Putin düşünürdü ki, Paşinyan Köçəryanı həbsdən azad edəcək. Ancaq Paşinyan belə bir addım atmadı. Bu, Putinin Paşinyana münasibətini daha da sərtləşdirdi. Belə bir təsəvvür yarandı ki, Paşinyan Putini saymır. Putin isə onunla hesablaşmayanda qəzəbli olur”.

Politoloq qeyd edib ki, Paşinyan Köçəryan məsələsində geri addım atmağı düşünmür. Çünki Paşinyan hesab edir ki, Köçəryan azadlıqda olsa, Ermənistan hakimiyyətinə qarşı qiyam qaldıracaq. Yəni Paşinyan Putinə görə Köçəryanı həbsdən azad etməyi düşünmür.

Şahinoğlunun sözlərinə görə, Köçəryanın həm Dağlıq Qarabağda, həm də Ermənistan ordusunda tərəfdarları var:

“Ona görə də Köçəryanı həbsdə saxlamaq Paşinyan üçün daha məqbuldur. Azadlıqda olan Köçəryan Ermənistanı qarışdıra bilər”.

Tarix
2019.01.13 / 21:41
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla