Yuxarı

Baş nazir bu məhsulları bahalaşdırdı: Səbəb... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:05

Baş nazir Novruz Məmmədovun aksiz vergilərin artırılması ilə bağlı qərarı enerji içkilərinə, spirtli içki məmulatlarına, tütün məhsullarına şamil edilib. Sadalananlar insanlar üçün birinci dərəcəli tələbat məhsulları deyil. Yəni bu məhsulların aksiz vergilərinin artırılması normal bir haldır.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov bəzi məhsulların aksiz vergilərinin artırılması barədə qərara münasibət bildirərkən deyib. O bildirib ki, bəzi məhsulların qiymətlərinin bahalaşması yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır:

“Dünyanın bütün ölkələrində aksiz vergiləri heç vaxt azaldılmır, əksinə, qaldırılır. Bu ənənə bizdə də eyni qaydada davam edir. Enerji və spirtli içikilər, eləcə də siqaretlər insan sağlamlığı üçün zərərlidir. Bu məhsulların aksiz vergiləri artırılmazdan əvvəl cəmiyyətdə geniş formada müzakirələr getdi. Bu içkilərin insanlara, xüsusilə gənc nəslə ziyanı çox böyükdür. Enerji içkilərinin, siqaretlərin və s. aksiz vergilərinin qaldırılması barədə qərar qəbul edilməsində məqsəd bu məhsulların istehlakını azaltmaqdır. Beynəlxalq Səhiyyə Təşkilatının da səhifələrində bu barədə maarifləndirici məlumatlar yerləşdirilib. Bu baxımdan sözügedən məhsulların qiymətlərinin qalxması təqdir edilməlidir”.

Qərar qəbul edilməmişdən əvvəl mağazalarda enerji içkilərinin bahalaşmasının səbəbindən danışan ekspert bunları deyib:

“Qiymət artımının səbəbi bu barədə cəmiyyətə müəyyən informasiyanın sızmasıdır. Nazirlər Kabinetində, hökumətdə və başqa digər qurumlarda bu məsələ geniş müzakirə edildi. Bahalaşma ilə bağlı mətbuatda da məlumatlar yayıldı. Hətta bununla bağlı rəsmi dövlət məmurlarının rəyləri var idi. Təbii ki, bazar bu məlumatlara reaksiya verməyə bilməzdi.

Hazırda müşahidə olunan qiymət artımı qanunsuz hesab edilə bilməz. Bu, sadəcə olaraq, həmin məhsulların idxalı ilə məşğul olan şəxslərin öhdəsinə qalan bir məsələdir. Ayrı-ayrı məhsulların idxalı ilə məşğul olan şəxslər qiymətlərin bir ay sonra qalxacağını nəzərə alaraq, indidən artım tətbiq edib, əlavə qazanc götürmək istəyirlər. Malı gətirən müstəqil bir adam olduğu üçün qiymətləri müəyyənləşdirmək onun səlahiyyətindədir. Buna heç kim müdaxilə edə bilməz”.

Ekspertin sözlərinə görə, meyvə şirələrinin aksiz vergilərinin artırılmasının səbəbi isə başqadır:

“Bu gün Azərbaycanda kifayət qədər meyvə şirələri istehsal olunur. Bu məhsulların aksiz vergilərinin artırılmasında məqsəd yerli məhsulların istehsalını stimullaşdırmaq, kənardan gətirilən məhsulların istehsala mənfi təsirini aradan qaldırmaqdır. Yəni hər bir artımın özünün məqsədi var”.

Qeyd edək ki, bundan əvvəl Baş nazir Novruz Məmmədov meyvə şirələri, siqaretlər, siqarlar və enerji içkilərinin aksiz vergilərində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Tarix
2019.01.14 / 18:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla