Yuxarı

"Ermənilərin “konyak diplomatiyası”na şahid oldum"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, Ermənistan beynəlxalq arenada “konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb. Dövlət başçısı həmçinin əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amilinin birinci yerdə olduğunu da vurğuladı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. Deputat ermənilərin “konyak diplomatiyası” ilə bağlı şahidi olduğu hadisədən bəhs edib:

“Təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdi. İkigünlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir “Ermənistan konyakı” bağışlamağa başladılar. Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən otelə getdi”.

Millət vəkili Musa Qasımlı isə qeyd edib ki, Ermənistanda hakimiyyətlərin ənənəvi formaları rüşvət və korrupsiya ilə sıx bağlı olub:

“Bu gün Ermənistanda “konyak diplomasiyası” var. Ermənistan hakimiyyəti bu ölkədə seçkiləri müşahidə etməyə gələnləri satın alır. Bu baxımdan da “Ermənistan hakimiyyəti” dedikdə ilk növbədə rüşvət və korrupsiya göz önünə gəlir. Bəzi beynəlxalq təşkilatların Ermənistanla bağlı sərgilədiyi mövqe də sübut edir ki, bu qurumların diqtə etdiyi dəyərlər subyektiv xarakter daşıyır. Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan dəm vuran digər beynəlxalq təşkilatlar Ermənistandakı biabırçı mənzərəyə hələ də göz yumurlar. Əvvəlki illərdə 50 faizdən çox səs topladığını iddia edən Ermənistanın kriminal hakimiyyəti son parlament seçkilərində 5 faiz belə səs yığa bilmədi. Bu, Ermənistanda siyasi qüvvələrə etimad qalmadığını göstərir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə, bu ölkədə ciddi dəyişikliklər olmayacaq”.

Tarix
2019.01.14 / 15:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla