Yuxarı

Şevçenko: ”Kreml Bakı ilə çətin dialoq aparır” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Azərbaycanla Xəzər dənizi və digər məsələlərlə bağlı çox çətin dialoq aparır".

Axar.az "Vestikavkaza.ru"ya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının üzvü, jurnalist Maksim Şevçenko çıxış edib.

O, Azərbaycanla Ermənistan arasında yayda baş vermiş böhrandan sonra dialoqun davam etdirilməsinin qələbə olduğunu bildirib:

"Tərəflər sərhədlər və Dağlıq Qarabağın subyekti ilə bağlı heç bir konkret nəticəyə gələ bilmirlər. Amma yay və payızda baş verən atışmadan sonra dialoqun hələ də davam etdirilməsi, məncə, böyük qələbədir. Rus diplomatiyasının qələbəsi isə sözsüz ki, Azərbaycan tərəfinə Ermənistanın Avrasiya İttifaqına girməsinin Qarabağ konfliktinin həllində Bakı üçün təhlükə yaratmayacağını anlada bilməsidir. Ermənistanın Gömrük İttifaqına girməsi Qarabağın həllində mühüm rol oynaya bilər. Bu, xüsusilə o deməkdir ki, gömrük keçid məntəqləri Azərbaycanla Qarabağ, Ermənistanla Dağlıq Qarabağ arasında qoyulacaq. Bəs bu regionda gömrük rejimi necə həyata keçiriləcək? Bu artıq Ermənistanın gömrük sərhədi deyil. O, Avrasiya İttifaqının gömrük sərhədidir. Mənə elə gəlir ki, bu, konstruktiv formada həll olunacaq çox çətin prosedurdur. Azərbaycan biznesi Rusiya və özəlliklə Moskvada özünü möhkəmləndirir. Aydındır ki, Rusiya Azərbaycanla Xəzər dənizi və digər məsələlərlə bağlı çox çətin dialoq aparır. Məncə, Azərbaycan üçün nə qədər qəribə olsa da, Ermənistanın Gömrük İttifaqına girməsi sərfəlidir. Ona görə ki, bu qısa, həmçinin tranzit yollar imkanıdır. Hələlik bunun haqqında danışmaq tezdir. Amma bu, gələcək üçün mühüm addımdır. Azərbaycan özünü çətin və ciddi dialoqları aparmağa qadir olan ölkə kimi apardı. Qarabağ konflikti Avropa və amerikalıların köməyi ilə həll olunmayacaq. Həmçinin buraya İran və Türkiyə kimi regional güclər də cəlb olunmazsa, konfliktin həlli çətin olacaq".

Tarix
2014.11.06 / 15:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla