Yuxarı

Türkiyə hərbi əməliyyatı niyə yubadır? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədləri boyunca Suriya ərazilərini nəzarətə götürməklə təhlükəsizlik zolağı yaratmaqda əvvəlki kimi maraqlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu məsələyə ilk vaxtlar Rusiya etiraz etsə də, artıq razılaşıb və hətta hərbi əməliyyatları da koordinasiya ediblər:

“Bundan sonra Əsədin məsələnin üstünə ciddi getməməsi də onu göstərir ki, hələlik bu proses onun da marağındadır. Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatından sonra növbəti hədəflərini açıqlayaraq sırada Menbiç olduğunu bildirmişdi. Amma məsələ ondadır ki, Fərat çayının şərqində 600 km-dək sərhəd boyu ərazilərə nəzarət edən PYD-PKK terror qruplaşmaları hələ də ABŞ tərəfindən dəstəklənir. Türkiyə hərbi əməliyyatları davam etdirəcəyi halda məhz PYD-PKK-nın nəzarət etdiyi əraziləri təmizləməlidir”.

Ekspert vurğulayıb ki, ABŞ buna hər vəchlə mane olmağa çalışır: “Təsadüfi deyil ki, Tramp Suriyadan çəkiləcəyi ilə bağlı verdiyi bəyanatdan sonra çəkiləcəyi ərazilərdə Əsəd rejiminə müxalifətdə olan silahlı qrupların təhlükəsizliyinə Türkiyədən qarant istəmişdi. Əslində həmin qarant Ankaranın terror təşkilatları kimi tanıdığı təşkilatlar üçün nəzərdə tutulub ki, Türkiyə bu qarantı heç vaxt verməyəcək. Bu isə o deməkdir ki, ABŞ hərbiçilərinin həmin ərazilərdən çəkilməsi tezliklə baş verməyəcək. Hazırda Türkiyə və ABŞ-ın regionda maraqlarının toqquşduğu əsas faktor budur. Amma düşünmürəm ki, bu fikir ayrılığı hansısa ciddi qarşıdurmalara gətirib çıxaracaq. Son vaxtlar aparılan siyasət göstərir ki, Vaşinqton Türkiyə ilə münasibətlərində istiliyin yaranmasında maraqlıdır. Məhz bu səbəbdən hazırda razılığa gəlinə bilməyən məqamlarda ortaq nöqtələr tapılmasına cəhdlər edilir. Digər tərəfdən, ABŞ-ın regiondakı marağının qorunub saxlanması üçün alternativ yollar da var. PY/PKK-nın Əsəd rejiminə qarşı müxalif güclər kimi daim dəstəklənəcəyi də inadırıcı görünmür”.

Tarix
2019.01.15 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla