Yuxarı

Əliyevdən Aslanlı və Şükürov haqda - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının türkiyəli iş adamına qarşı dələduzluq etməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətin daxil olması ilə bağlı hər hansı fikir bildirə bilmərəm. Çünki indi deyəcəyim söz sonradan verilmiş qərara təsir kimi düşünülə bilər.

Axar.az xəbər verir ki, bu barədə idarənin rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransınd bildirib.

O əlavə edib ki, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürov barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir və hazırda həmin idarədə Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır:

“İstintaqın gedişində maliyyə yoxlamalarının aparılmasına zərurət yarandı və Maliyyə Nazirliyi tərəfindən hazırda həmin idarədə yoxlamalar həyata keçirilir. Həmçinin həmin cinayət işi ilə bağlı digər ölkələrlə yanaşı bu məsələ ilə bağlı istintaq hərəkətləri davam etdirilir”.

Mediada yayılan bütün məlumatları izlədiklərini və araşdırdıqlarını deyən Kamran Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin həbs edilməsi ilə bağlı cinayət işinin istintaqı da davam etdirilir:

“Həmin işlə bağlı komitənin iki vəzifəli şəxsi həbs edilib. İstintaq hərəkətləri davam etdirilir, bu və ya digər formada cinayətdə iştirakı olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

Tarix
2019.01.15 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla