Yuxarı

Bu dövlət qurumları ləğv edildi: işçilərin taleyi... – İqtisadçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin sərəncamı ilə ləğv edilən qurumlarda çalışanlardan dövlət qulluqçusu statusu olan şəxslər vakant yerlərdə yerləşdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət qulluqçusu statusu olmayanların da yeni açılan və sonradan açılacaq agentliklərdə təyinatı üzrə yerləşdirilməsi prosesi gedəcək.

İqtisadçı struktur islahatlarının davamının olacağını da düşünür:

“Növbəti addımları da müşahidə edəcəyik. Hələ bir neçə dövlət idarələrinin, agentliklərin və yaxud da dövlət komitələrinin də ləğvi və ya birləşdirilməsi mümkündür”.

N.Cəfərli ləğv edilən 4 qurumun bir agentlikdə birləşməsinə də münasibət bildirib:

“Məsələn, Prezidentin fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Əslində bunun pozitiv nəticələri olmalıdır. Çünki pərakəndəlik aradan qaldırılır və eyni sahəyə xidmət göstərən qurumların bir mərkəzdə birləşməsi yaxşı haldır. Əlbəttə, iş gedişatı vaxtı müəyyən düzəlişlərə ehtiyac yarana bilər”.

Qeyd edək ki, prezident İlham Əliyev dünən bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkə başçısının fərmanına əsasən, bəzi qurumlar ləğv edilib, bəziləri isə bir agentlikdə birləşdirilib.

Tarix
2019.01.15 / 11:35
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla