Yuxarı

Nikolun Gürcüstana qəfil gedişinin pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan əslində ölkədə sosial etirazlara gətirib çıxara biləcək çörək qıtlığını aradan qaldırmaq məqsədi ilə Batumi limanları, eləcə də Tsxinvalidən keçən quru yol vasitəsi ilə taxıl və taxıl məmulatlarının Ermənistana daşınması üçün Gürcüstandan razılıq almağa gedib.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana qeyri-rəsmi, qəfil səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Bolnisinin ermənilərin yaşadığı kəndində əhali ilə kiçik görüş sadəcə gözdən pərdə asmaqdır:

“Əslində Paşinyanın məqsədi Ermənistanın Gürcüstan tərəfindən blokadasının aradan qaldırılmasını təmin etməkdir. Hazırda qış vaxtıdır. Ermənistan və Rusiya arasında əlaqələr yalnız şose yolu ilə təmin edilir. Bu, əsasən rəsmi adı Hərbi Gürcüstan yolu olan və dağlıq ərazidən keçən Şimali Qafqaz yoludur. Bu yolda isə hərəkət demək olar ki, dayanıb. Çoxlu qar yağması və uçqunların əmələ gəlməsi ilə əlaqədar olaraq, bu yol vaxtaşırı qapanır. Düzdür, Gürcüstanın Yol Hərəkəti İdarəsi yolun qardan təmizlənməsi üçün oraya texnika göndərir və müntəzəm olaraq, bu yollar təmizlənir. Amma hər halda intensiv daşınmanın həyata keçirilməsi üçün şərait yoxdur. Bu yolun Gürcüstanın Cənubi Osetiya-Tsxinvalidən keçən bölgəsində isə qar nisbətən azdır və hərəkət etmək daha asandır. Amma buradan hərəkətin təmin edilməsi üçün Gürcüstan tərəfinin razılıq verməsi lazımdır. Sərkisyan dövründə bu barədə razılıq əldə edilmişdi. İndi isə bu razılığı Gürcüstan tərəfi hələ ki, rəsmiləşdirmək istəmir. Amma çox güman ki, Paşinyan bu səfərində Hərbi Gürcüstan yolu açılana qədər Tsxinvalidən keçən yol vasitəsi ilə Rusiyaya çıxmağa nail olacaq”.

Politoloq vurğulayıb ki, doğrudur, Ermənistan üçün ən vacib məsələ Abxaziyadan keçən dəmir yolunun açılmasıdır:

“Paşinyan bu yol vasitəsi ilə Rusiya ilə daha ucuz nəqliyyat növünü əldə etməyə çalışır. Bu isə Gürcüstanın maraqlarına uyğun deyil. Gürcüstanın buna razılıq verməsi çətin görünür. Amma Rusiya bu dəmir yolunun açılması üçün Gürcüstan hökumətinə təzyiqlər edir. Gürcüstanın maraqları tələb edir ki, Abxaziyanı heç olmasa cənub tərəfdən blokadada saxlamaq üçün bu yol fəaliyyət göstərməsin. Gürcüstan üçün mənfəəti olmayacaq yolun açılmasını mümkünsüz hesab edirəm”.

Politoloq qeyd edib ki, Batumi limanları vasitəsi ilə yüklərin Ermənistana daşınması məsələsi də gündəmdədir:

“Söhbət Rusiyadan gələn taxıl və taxıl məhsullarının Ermənistana göndərilməsindən gedir. Hazırda Ermənistanda kəskin taxıl və çörək məmulatı qıtlığı yaranıb. Əhali arasında panika var. Bu təcili görüş ölkəyə ərzaq məhsullarının gətirilməsi ilə bağlı nəqliyyat xidmətlərinin təmin edilməsi üçündür. Bütün hallarda da bu xidmətlər Gürcüstan ərazisindən keçir. Quru yollarla çox böyük yüklərin daşınması xüsusi ilə qış mövsümündə mümkün deyil. Dəmir yolunun isə açılmasına Gürcüstan razılıq verməyəcək. Amma Batumi limanları vasitəsi ilə yüklərin Rusiyanın Soçi şəhərindən daşınması imkanı nəzərdən keçirilir. Gürcüstanın buna razılıq verəcəyini düşünürəm”.

Qeyd edək ki, dünən Ermənistan və Gürcüstan baş nazirləri Nikol Paşinyan və Mamuka Baxtadze Bolnisidə qeyri-rəsmi görüş keçirib.

Tarix
2019.01.16 / 12:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla