Yuxarı

Bu, Prezidentin siyasi iradəsinə qarşı çıxmaqdır – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmmədəmin Rəsulzadənin barelyefinin oğurlanması onun 130 illik yubileyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə Prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Novxanıda Məhəmmədəmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefinin oğurlanmasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, bu, hansı motivlə edilməsi araşdırıldıqdan sonra qiymət verilməsi zəruri olan bir hadisədir:

“Dörd il öncə Gəncədə Məhəmmədəmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq torbanı büstün üzərindən götürdülər. İndi isə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb. Belə ki, Novxanıda Məhəmmədəmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar. Bununla bağlı sosial şəbəkədə fotofakta istinad edən paylaşımlar da edilib. Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünüblərsə, bu, eyni zamanda, Rəsulzadənin 130 illik yubiliyeyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır. Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər”.

Deputat bildirib ki, bu kimi hadisələr ciddi narahatlıq yaratsa da, bununla belə, təsəlli üçün də düşünüləcək məsələlər var:

“Məhəmmədəmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır. Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmmədəmin bəyin qəlbimizin içindən asılmış bareleyfini oğurlamaq yüz ildir kimsəyə nəsib olmur və olmayacaq da...”

Qeyd edək ki, yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

Tarix
2019.01.16 / 12:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla