Yuxarı

Azərbaycan mediası erməni parlamentinə dava saldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində Çiçəklənən Ermənistan fraksiyası ilə İşıqlı Ermənistan fraksiyasının deputatları arasında mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, buna səbəb Çiçəklənən Ermənistan fraksiyasından olan deputat Arman Abovyanın İşıqlı Ermənistan fraksiyasından olan deputat Arman Babacanyanın çıxışını tənqid etməsi olub. Ermənistanın yürütdüyü xarici siyasəti, o cümlədən təyin edilən səfirlərin, eləcə də Ukraynadakı keçmiş səfir Andranik Manukyanın kriminal keçmişindən bəhs edən Babacanyanın fikirləriylə Abovyan razılaşmayıb.

“Cənab Babacanyan, siz yəqin bilmirsiniz ki, mən 3 il Manukyanın müşaviri olmuşam. Sizin burada qeyd etdiyiniz tezislər erməni informasiya məkanına əsasən Azərbaycan tərəfindən sızdırılıb. Sizi bu tribunadan neoazərbaycan tezisləri səsləndirməyə nə vadar edir?” – deyə o bildirib.

Bundan sonra İşıqlı Ermənistan fraksiyasının deputatları öz yerlərindən Abovyana cavab verməyə cəhd ediblər. Buna isə Çiçəklənən Ermənistan fraksiyasının deputatları mane olublar. Nəticədə iclas zalında İşıqlı Ermənistan fraksiyasının rəhbəri Edmon Marukyanla Çiçəklənən Ermənistandan olan deputat Qrant Mədətyan arasında sərt polemika yaşanıb. Spiker Ararat Mirzoyan və digər deputatların müdaxiləsindən sonra mübahisəni yatırtmaq mümkün olub.

Qeyd edək ki, Manukyan 23 avqustda vəzifəsindən azad edilib. O, indiyə qədər kriminal avtoritetlərə xüsusi sənədlər düzəltməkdə, saxta yollarla pul əldə etməkdə və çirkli pullar yumaqda, diplomatik pasportundan kriminal fəaliyyətdə istifadədə ittiham olunur.

Tarix
2019.01.16 / 13:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla