Yuxarı

Paşinyan strateji qurumları bağladı, pis olacaq - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatı Universitetinin vəzifədən uzalaşdırılan direktoru general-leytenant Ayk Kotancyan Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkənin təhlükəsizliyinə laqeyd münasibətdə ittiham edib.

Axar.az xəbər verir ki, general erməni mətbuatında açıqlamasında Paşinyanın göstərişinə əsasən Ermənistan Müdafiə Nazirliyində struktur dəyişikliyi nəticəsində MMTU-ya yeni təyin edilən rəhbər general-mayor Genadi Tavarasyanın “Ermənistanın milli təhlükəsizliyinin maraqlarına əsaslanan” bütün strateji tədqiqatların icrasını dayandırdığını bildirib.

A.Kotancyan perspektivsiz və gələcəkdə tətbiqi qeyri-müəyyən hesab olunaraq icrası dayandırılan layihələrin gələcəkdə ölkənin təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını məhdudlaşdıracağını bildirib və erməni ictimaiyyətini belə məsələlərə qarşı həssas olmağa çağırıb.

O əlavə edib ki, qərardan narazı qalan işçilər, xüsusən universitetin gənc alimləri və bacarıqlı tədqiqatçıları artıq iş yerlərini tərk ediblər.

Tarix
2019.01.16 / 16:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır - Canlı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla