Yuxarı

Ekspert təklifə qarşı çıxdı: Əksinə, yeni nazirlik yaradılsın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin struktur islahatları fonunda ləğv edilməli və ya birləşdirilməli qurumlarla bağlı təkliflərin səsəndirilməsi, müzakirələrin getməsi çox yaxşı haldır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert mütəxəssislər tərəfindən səslənən Kənd Təsərrüfatı ilə İqtisadiyyat Nazirliyinin birləşməsini təklifini məqbul saymayıb:

“Əvvəla, Kənd Təsərrüfatı Nazirliyi ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsinə müstəsna məsuliyyət daşıyan bir qurumdur və dünyanın istənilən normal ölkəsində bu nazirlik var. İkinici, İqtisadiyyat Nazirliyinin bugünkü səlahiyyət dairəsi həddən artıq genişdir, əksinə, onun məhdudlaşdırılması və daha çevik, effektiv sahiblənəcəyi səlahiyyətlərə fokuslanması çox vacibdir. Məsələn, bölgə və kənd inkişafı Azərbaycan üçün prioritet olduğu üçün Regional İnkişaf Nazirliyinin yaradılması daha doğru yanaşma olardı. Əlbəttə, lazımsız qurumlar ləğv edilməli, ancaq ölkənin sosial-iqtisadi prioritetlərinə uyğun ən vacib olan təsisatlar isə yaradılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında 4 qurum ləğv edilərək əvəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Tarix
2019.01.16 / 20:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla