Yuxarı

Lavrovun Bakını tərifləməsi... - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun suallara verdiyi cavablardan bu qənaətə gəldim ki, Rusiyanın xarici siyasətindəki monotonluq davam edir, yeni baxış və yanaşma yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, "Rusiya Kuril adalarını Yaponiyaya verməyəcək”, “Ukrayna hakimiyyəti pisdir”, “Amerika özünü yaxşı aparmır”, “Avropa ölkələri Amerikanın vassalıdırlar”, “NATO pis qurumdur” və s. kimi bəyanatlar illərdir eşidilir:

"Mətbuat konfransında hansısa jurnalist ona Dağlıq Qarabağ münaqişəsindən də sual verib. Bəziləri hesab edir ki, Lavrovun suala verdiyi cavabda Azərbaycanı Ermənistana misal çəkməsi xeyrimizədir. Belə quru sözləri çox eşitmişik. Unutmayaq ki, Lavrovun mətbuat katibi Mariya Zaxarova tərsini deyir, təlimatı isə elə öz şefindən alır".

Politoloq dünən Rusiyanın dövlət televiziya kanallarından birində məşhur ermənipərəst jurnalist Solovyovun və erməni politoloq Baqdasarovun Ukrayna dövlətini açıq-aşkar təhqir etmələrinə də münasibət bildirib:

"Lavrovun dediklərini Solovyov və Baqdasarov kimilər daha pis formada efirdən dilə gətirir və qonşularına qarşı nifrəti artırırlar. Bunun üzərində qurulan xarici və təhlükəsizlik siyasəti Rusiyaya dost və tərəfdaş qazandırmır. Keçmişdə ən yaxın dostu olan Belarus Prezidenti Aleksandr Lukaşenko belə Kremldən qurtulmağın yollarını arayır".

Tarix
2019.01.17 / 17:10
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla