Yuxarı

Paşinyan Qarabağın həllinə hazırdırmı? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağ problemin sülh yolu ilə həll edilməsi imkanlarının tükənmədiyinə inandığı üçün, hüquqi və siyasi haqqı olsa da, hələlik Ermənistanın işğal etdiyi əraziləri hərbi əməliyyatlarla geri almaq planını həyata keçirmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Azərbaycan tərəfinin mövqeyi 30 ildir məlumdur:

“Azərbaycan onsuz da bu illərdə hər zaman konstruktiv mövqedən çıxış edib. Amma Azərbaycan müzakirələrin perspektivinin olmadığına inandığı zaman hərbi əməliyyatlara başlama haqqını hər zaman özündə saxlayır. Nikol Paşinyan isə hakimiyyətə gəldiyi gündən etibarən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi prosesinə heç bir töhfə verməyib, əksinə, militarist bəyanatlar verərək problemi daha da kəskinləşdirir. Problemin həlli istiqamətində həqiqətən hər hansı bir irəliləyiş əldə edilibsə, ermənilərə militarist bəyanatlara alışdıran Paşinyan problemin həll edilməsi üçün əldə edilən razılaşmanı ermənilərə necə izah edə bilər? Bu, özlüyündə ciddi bir sosioloji və siyasi, hətta daxili təhlükəsizlik problemidir".

Politoloq Məmmədyarovla Mnatsakanyanın 4 saat davam edən görüşündən sonra müsbət bəyanatlar verilməsinə də münasibət bildirib:

“Son 30 ildə tərəflər bu açıqlamaya bənzər yüzlərlə bəyanat veriblər, amma heç bir irəliləyiş olmayıb. Ermənistan problemin sülh yolu ilə Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll edilməsi planına razı deyil. Azərbaycan isə qondarma “dqr” rejiminə müstəqillik verməyəcəyini mütəmadi olaraq xatırladır. Yəni nə konkret razılaşma var, nə də müzakirələrdən imtina. Paşinyan sələflərinin 30 ildir həyata keçirdiyi siyasətə davam edir. Özünün problemin həll edilməsi istiqamətində heç bir yeni baxışı yoxdur, yaxud varsa belə, ən azından, bu vizyon haqqında danışmır”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfinin bu məsələ ilə bağlı ciddi problemi olmasa da, 30 ildir militarist bəyanatlarla qidalandırılan erməni zehniyyətinin bu barışığı qəbul edəcəkləri sual altındadır:

“2016-ci ildə aprel hadisələrindən sonra Sasna Çrer silahlı qrupunun hökumətin aprel məğlubiyyətinə etiraz edərək Erebuni post-patrul alayına hücum etməsi və bu hadisədən sonra yaşananlar, ermənilərin bu silahlı qruplaşmaya siyasi dəstək verməsi onu göstərir ki, nə Ermənistan hakimiyyəti, nə də ermənilər hələ də hər hansı bir şəkildə sülh müaviləsinin imzlanmasına psixoloji olaraq hazırdır”.

Tarix
2019.01.18 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla