Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Aprel 2019


İran Baş Qərargah rəisinin Bakıda Qarabağ bəyanatı... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz hücum taktikasını davam etdirir:

"Bu taktikada regional aktorların iştirakı çox mühüm əhəmiyyət kəsb edir. Bu aktorların ən mühümlərindən biri məhz İrandır. Azərbaycanla İran arasında çox mühüm strateji əhəmiyyət kəsb edən əlaqələr var. Bunun səbəblərindən biri də İranda əhalinin əksəriyyətinin azərbaycanlı olmasıdır. Bu haqda İranın Xarici İşlər naziri Cavad Zərif də Türkiyə, Azərbaycan XİN rəhbərləri ilə ötən ilin oktyabr ayında üçtərəfli görüşündə öz fikirlərini bir daha diqqətə çatdırmışdı”.

Politoloq qeyd edib ki, Azərbaycanda səfərdə olan İranın Baş Qərargah rəisi general-leytenant Baqiri İranın Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı:

"Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər. Regionda baş verən hər hansı problemin qarşısının alınmasında Azərbaycan və İran çox mühüm addımlar atır. İran tərəfi 8 illik müharibənin nə olduğunu yaxşı bilir. Müharibənin iqtisadi, siyasi, genefond cəhətdən hansı problemlərə gətirib çıxartdığını onlar da başa düşür. Məhz buna görə də Azərbaycanı beynəlxalq platformalarda da dəstəkləyirlər".

Politoloq vurğulayıb ki, ölkə başçısının həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub:

"Diplomatik səylərin əsasında həm də Ermənistanın təcrid olunması siyasəti durur. Bu gün İran və Azərbaycan arasında hərbi, siyasi, iqtisadi baxımdan yaxınlaşmalar var. Bakı-Astara-Rəşt dəmiryolunun çəkilişi ilə bağlı mühüm əhəmiyyət kəsb edən addımlar atılır. Bakı-Astara xətti 1-2 ilə tam gücü ilə işləyəcək. Eyni zamanda Şimal-Cənub dəhlizinə İranın da qoşulma ehtimalı var. Bütün bu proseslərə baxanda İranın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən strateji partnyor olduğunu söyləmək yerinə düşər. Bu münasibətlərin inkişafından Dağlıq Qarabağ probleminin həllində istifadə etmək lazımdır. Bu istiqamətdə işlər görülür".

Tarix
2019.01.18 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

Zelenskini Rusiya seçdirib? - Politoloq

Prezident və prezidentliklə bağlı Mənsimovun - Cavabı

Əli Kərimlinin mədə təfəkkürü

Şoudan prezidentliyə: Zelenski necə məşhurlaşdı? – Həyatı

Paşinyan məsuliyyəti boynundan atdı: Qarabağ problemi...

Azərbaycanda bu şəhərin 28 ildir başçısı yoxdur

Kür çayında suyun səviyyəsi ilə bağlı son durum

Bakının planı: münaqişənin həllinin əsas modeli...

Qarabağ münaqişəsini bu ölkələr həll etməlidir - Şevçenko

Zakir Həsənov Qulami ilə görüşdü: Qarabağ danışığı...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla