Yuxarı

Bakının siyasəti: Artıq İran və Rusiya İrəvanla deyil…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ötən illər ərzində çox uğurlu xarici siyasət apararaq dünya ictimai rəyini əsaslı surətdə öz lehinə dəyişməyə müvəffəq olub.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq dünənə qədər ikili standratlardan çıxış edən ABŞ və Avropanın Dağlıq Qarabağ məsələsinə münasibətinin dəyişdiyini bildirib:

“Məhz bunun nəticəsidir ki, bu gün NATO, AŞPA, Qoşulmayanlar Hərəkatı və İƏT Azərbaycanın haqq işini dəstəkləyən qərarlar veriblər. Bunu ayrı-ayrı Avropa dövlətlərinin simasında da göstərmək olar. Artıq İranın da mövqeyi dəyişir. Belə ki, Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünya tərəfindən qəbul edilir”.

Politoloq deyib ki, Azərbaycan xarici mövqelərini möhkəmləndirərkən Ermənistan yerində saymaqda davam edir:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın alovlu çıxışlarına baxmayaraq, Rusiya və dünya tərəfindən qəbul edilmir. Bu mənada Ermənistan etibarlı tərəfdaş nüfuzunu itirmək üzrədir. Üstəlik, Paşinyanın təcrübəsizliyi və geosiyasi prosesləri düzgün qavramaması ucbatından Ermənistanla Rusiya arasında yaşanan gərginlik dərinləşir. Rusiya artıq Ermənistana sadəcə bir hərbi poliqonu kimi yanaşır və buradan Yaxın Şərqə və NATO ölkələrinə qarşı plasdarm kimi istifadə edir”.

Q.Hüseynlinin sözlərinə görə, bu gün Qərb asanlıqla Ermənistandan İran və Rusiyaya qarşı bir platforma kimi istifadə edə bilər:

“Ermənistanda tapılan gizli ABŞ laboratoriyaları da onu göstərir ki, Ermənistan əl altından Qərb ölkələri ilə əməkdaşlıq edərək onların hərbi mərkəzinə çevrilməkdədir. Təbii ki, bu təhlükə də rəsmi Moskva və Tehranı İrəvanla olan əlaqələrini bir daha nəzərdən keçirməyə məcbur edir. Belə olan halda Paşinyan çətin ki, iki stulda oturmağın yaratdığı bu rüsvayçı durumdan çıxa bilsin”.

Politoloq bununla yanaşı Ermənistanın daxilində də bir sıra problemlərin yarandığını qeyd edib:

“Bu gün ölkənin xaricə açılan qapıları qışa görə bağlanıb. Belə ki, hərbi Gürcüstan yolundan və Batumi dəmir yolundan istifadənin mümkünsüzlüyü Ermənistanda çörək qıtlığının yaranmasına səbəb olub. Bu isə əhalinin əhval-ruhiyyəsinə çox mənfi təsir edir. Üstəlik, ilk dəfə olaraq Paşinyanın dini işlərə müdaxiləsinə görə Eçmiəddin kilsəsinin tərəfdarları İrəvana doğru böyük bir yürüş keçirib. Bunu Paşinyana qarşı ilk mitinq kimi dəyərləndirmək olar”.

Q.Hüseynli Ermənistanda baş verən bu proseslərin birbaşa Bakının xeyrinə olduğunu düşünür:

“Azərbaycanın ordu quruculuğu və hərbi potensialı Qarabağla bağlı mövqelərimizə müsbət təkan verir. Azərbaycan bu gün beynəlxalq siyasətdə fəal oyunçu kimi öz mövqelərini ardıcıl surətdə möhkəmləndirməkdədir. Arxasında güc dayanan diplomatiya sözsüz ki, hər zaman uğurlar qazanır və danışıqlar masası ətrafında diqtəedici mövqeyə sahiblənir”.

Tarix
2019.01.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla