Yuxarı

İlham Əliyev 3 sərəncam imzaladı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon (beş milyon doqquz yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib:

Ağaxanov Məhəmməd Sevzixan oğlu

Babayev Həmzə Şabanəli oğlu

Bəkirov Aydın Yavər oğlu

Cəfərov Kamal Namiq oğlu

Cəfərov Qiyas Nəbi oğlu

Əhmədov Vahid Oruc oğlu

Əmirov Fəxrəddin Əmiran oğlu

İsmayılov Kamran Kamal oğlu

Qədirov Məzahir Ağahüseyn oğlu

Orucov Ağaismayıl İsmayıl oğlu.

19:18

Prezident İlham Əliyv M.M.Həsənova və H.M.Məmmədova "Əməkdar mühəndis"fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, "Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Məmməd Muxtar oğlu Həsənova və Hidayət Mahmud oğlu Məmmədova "Əməkdar mühəndis" fəxri adı verilsin".

Tarix
2014.11.07 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla