Yuxarı

Bu xidmətlər hamısı ASAN-a verildi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAN Xidmət ictimai inamı qazanmış qurumlardandır. Xidmətlərin yalnız ASAN Xidmət tərəfindən təklif olunması əhali üçün məqbuldur.

Bu sözləri Axar.az-a ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılmasının ləğvi ilə bağlı qərara münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu, kifayət qədər düzgün qərardır:

“Çünki uzun müddətdir ki, Azərbaycanda paralel xidmətlərin təklifi müşahidə olunurdu. Doğrudur, bu, bir tərəfdən müəyyən qədər xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxarırdı. Çünki ASAN Xidmətlə digər dövlət qurumları arasında rəqabət mühiti formalaşmışdı. Amma digər tərəfdən son nəticədə bu, dövlət idarəetməsinin süni şəkildə şişməsinə gətirib çıxarırdı. Bu da büdcə üzərində əlavə fiksal yük formalaşdırırdı”.

İqtisadçı vurğulayıb ki, bu il institusional islahatlarla başlayıb:

"Bu islahatların ortaya qoyduğu çağırışlardan biri də paralel xidmət təklif edən qurumların fəaliyyətinin optimallaşması məsələsidir. Düşünürəm ki, ASAN Xidmət ictimai inamı qazanmış qurumlardandır. Xidmətlərin yalnız ASAN Xidmət tərəfindən təklif olunması əhali üçün də məqbuldur. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, paralel xidmətlərin aradan qaldırılması ola bilsin ki, ASAN Xidmət üçün müəyyən tələb yükü formalaşdırsın. Bundan sonra qurum çalışmalıdır ki, tələb artımı qarşısında öz xidmətlərinin keyfiyyətini aşağı salmasın".

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.

Tarix
2019.01.18 / 15:27
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla