Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2019


Prezident fərmanı: sürücülər bundan sonra... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni qaydalara əsasən, sürücülük vəsiqəsinin müddəti bitəndən sonra onu yalnız ASAN Xidmət mərkəzində dəyişmək mümkün olacaq.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin bir sıra dövlət qurumlarının səlahiyyətlərinin məhdudlaşdırılması haqqında imzaladığı fərmanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

“Artıq sürücülük vəsiqələrinin dəyişdirilməsi Daxili İşlər Nazirliyində, pasport qeydiyyat idarələrində və yaxud da Baş Dövlət Yol Polis idarələrində yerinə yetirilməyəcək. Vətəndaşlar vaxtı keçmiş sürücülük vəsiqələrini yalnız Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən ASAN Xidmət mərkəzlərində dəyişdirə bilərlər. Bundan başqa, Baş Dövlət Yol Polis İdarəsi bir müddət əvvəl beynəlxalq standartlara uyğun yeni sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məlumat yaymışdı. Artıq bunu da ASAN Xidmət mərkəzi həyata keçirəcək”, - ekspert bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.

Tarix
2019.01.18 / 18:12
Müəllif
Nərmin Əkbərli
Şərhlər
loading...
Digər xəbərlər

Rusiya rəsmən Donbasın işğalına başladı – Qərar

Almanlar Göygöldə: Tarixi izlər... - Foto

Qədim Azərbaycan şəhərinin adı dəyişdirildi

Lavrov onunla Qarabağdan danışdı

Vyanada etiraz aksiyası: Ermənilərlə bağlı Fransaya etiraz

Gömrükçülərimiz ABŞ-da - Foto

Si Szinpin Bakıya gəlir

Şeyx Paskalla görüşdü: II Bakı sammiti... - Foto

Amaşov iclas keçirdi: 138 şikayət... - Foto

Naxçıvan bu şəhərlə qardaşlaşdı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla