Yuxarı

Bakı rus pasportlu erməniləri niyə ölkəyə buraxmır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi açıqlamasına görə, Rusiyada 2-2,5 milyon erməni yaşayır. Rusiyanın rəsmi mənbələri bu rəqəmin 1,2 milyon olduğunu bildirir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Rusiyada yaşayan ermənilərin sayı əsasən Sovet İttifaqının süqutundan sonra, miqrasiya nəticəsində artıb:

"Statistik göstəricilərə diqqət yetirsək, görərik ki, 1989-cu ildə Rusiyada yaşayan ermənilərin sayı 532 min nəfər olub. 1998-ci ildə bu rəqəm 874 min nəfər təşkil edib. Şübhəsiz ki, burada söhbət Rusiya vətəndaşı olan ermənilərdən gedir. 2002-ci ildə keçirilən siyahıyaalmada Rusiya vətəndaşı olan ermənilərin sayı 1,1 milyon, 2010-cu ildə keçirilən siyahıyaalmada isə 1,2 milyon göstərilir".

Analitik qeyd edib ki, nə Rusiya, nə də Ermənistan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir:

"Rusiya vətəndaşı başqa bir ölkənin vətəndaşlığını qəbul edəndə bu barədə müvafiq qurumlara məlumat verməlidir, Ermənistan vətəndaşları üçün isə 2016-cı ildə bu ölkənin qanunvericiliyinə edilən dəyişikliyə görə belə bir tələb yoxdur. Yəni Ermənistan vətəndaşı başqa bir ölkənin vətəndaşlığını qəbul edə və bu barədə öz ölkəsinin müvafiq qurumlarını məlumatlandırmaya da bilər. İndi isə Rusiya vətəndaşlığını qəbul edən Ermənistan vətəndaşlarının statistikasına diqqət edək. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görtə, təkcə 2017-ci ildə Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 25.144 nəfər olub! 25 min – bu 1 il üçün çox böyük göstəricidir. Ermənistanda 1995-ci ildə qəbul edilmiş və ikili vətəndaşlığa icazə verən qanunu nəzərə alsaq, o zaman son 23 il ərzində eyni zamanda Rusiya vətəndaşlığı alan ermənilərin sayını təxmin etmək olar. Əgər 2017-ci ilin göstəricisini ortalama rəqəm kimi götürsək, son 23 il ərzində Rusiya vətəndaşlığı alan ermənilərin sayı 600 min nəfərə yaxın olur. Bu sıraya hələ Ermənistan vətəndaşlığı alan Rusiya vətəndaşlarını aid etmirəm. 2017-ci ildə belələrinin sayı təminən 7 min nəfərdir. Bütün bu göstəricilər, həmçinin Rusiyada ermənilərin sayının artması ilə bağlı nümunə gətirdiyim statistik göstəricilər sübuta yetirir ki, erməni əsilli Rusiya vətəndaşlarının böyük əksəriyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli, bunu Rusiyanın müvafiq dövlət qurumlarında kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır".

Tarix
2019.01.20 / 13:11
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla