Yuxarı

AP-ın bu qətnaməsi mandatdan kənara çıxmaqdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin bu sənədi siyasi sifarişdir və sürətlə inkişaf edən AB-Azərbaycan əlaqələrinə mane olmaq üçün göstərilən uğursuz cəhddir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, Avropa Parlamenti Avropa Birliyinin bir institutudur və bu qurum birliyin üzv dövlətlərinin vergi ödəyicilərinin hesabına Avropa Birliyinin üzv və tərəfdaş ölkələri ilə birliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir:

“Bu halda Avropa Parlamenti Avropa Birliyinin strateji tərəfdaşı Azərbaycanla münasibətlərin prioritetlərində razılaşdırılmamış bir mövzu ətrafında dinləmə təşkil etməklə, qətnamə qəbul etməklə qurumun gündəliyindən kənara çıxıb və müəyyən mənada onun mandatına aid olmayan müzakirə açıb və sənəd qəbul edib”.

Millət vəkilinin sözlərinə görə, Avropa Birliyi və Azərbaycan arasında 21 istiqamətdə 8 bənddən ibarət prioritetlər müəyyənləşdirilib:

“Prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq və təsir cəhdidir. Avropa Parlamentinin qəbul etdiyi bu sənəd də məhz bu cür qəbul ediləcəkdir”.

Tarix
2019.01.20 / 09:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla