Yuxarı

Bakıya "Zərbə" əməliyyatı: Kimlər rəhbərlik edirdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin 19-20 yanvar hadisələrinin həmin dövr üçün artıq vahid ittifaq dövlətinin, sovet xalqının mövcud olmadığı və bundan sonra SSRİ-də yaşayan hər bir xalqın öz güclərinə güvənərək müqəddəratlarını təyin edəcəyi barədə aydın siqnal olduğunu söyləsək, şişirtmiş olmarıq.

Sovet rəhbərliyinin əmri ilə əsl vəzifəsi sovet xalqını qorumaq olan sovet ordusunun zirehli texnika ilə Azərbaycan paytaxtı Bakıya daxil olduğu və mülki əhaliyə atəş açdığı Qara Yanvar hadisələri bütün İttifaq tərəfindən məhz bu cür qəbul edilib.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun rəhbərlik etdiyi o zamankı SSRİ rəhbərliyinin əmri ilə Bakıya ordu və çox sayda zirehli texnika yeridildi. Qoşun yeridilməsinin səbəblərindən biri kimi guya Bakıda ermənilərə qarşı qırğının qarşısının alınması göstərildi.

Axar.az məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun məqaləsini təqdim edir.

“1990-cı ildə Bakıya “erməniləri qırğından xilas etmək üçün” 60 mindən artıq hərbi qulluqçu və ehtiyat qüvvə göndərən Sovet İttifaqı rəhbərliyi qəribə məntiqə əsaslanıb. Çünki bütün hakimiyyət hərbi komendaturanın əlinə keçdikdən sonra SSRİ-nin Hərbi Prokurorluğu “ermənilərin qırğın və öldürülməsi” ilə bağlı heç bir cinayət işi açmadı.

Bundan əlavə, hətta SSRİ-nin digər məntəqələrinə aparılmış ermənilər də istintaq tədbirlərinə cəlb olunmayıb və heç bir istintaq işi qaldırılmayıb.

Buna görə də bütün bunlar Azərbaycan xalqının Sovet İttifaqı əleyhinə ayağa qalxmasına qarşı keçirilmiş əməliyyata bəraət qazandırmaq üçün xüsusi xidmətlərin uydurmasıdır. Əgər ermənilər həqiqəti öyrənmək istəyirlərsə, o zaman SSRİ xüsusi xidmət orqanlarının arxivlərinin açılmasını tələb etsinlər.

Belə təəssürat yaranır ki, SSRİ hansısa düşmən dövlətə müharibə elan edib. Çünki bu cür qoşunların zərbə qrupları ilə yalnız belə bir miqyasda tapşırıqları həyata keçirirlər.

Bu addımın arxasına isə sovet rəhbərliyinin Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq arzusu dayanırdı.

Yanvarın 20-də 0.05 dəqiqədə gecə qaranlığından istifadə edərək Bakıya tanklar, ağır silahlı ordu birləşmələri yeridildi. Bu birləşmələr əsl qırğın törətdi. Tanklar və zirehli transportyorlar insanların üzərlərindən keçərək arxalarında yüzlərlə ölü və şikəst insanlar buraxdılar.

Ordu ən müasir döyüş vasitələrindən, o cümlədən qadağan olunmuş güllələrdən istifadə edirdi. İnsanlara tanklardan, minaatanlardan və avtomatlardan atəş açırdılar. Bir neçə insan öz mənzillərində əsgərlərin evlərin pəncərələrinə atəş açması nəticəsində həlak oldu.

“Zərbə” kod adlı bu əməliyyata iki nazir – Bakıda baş verən qırğından sonra marşal olan Müdafiə naziri ordu generalı Yazov və Daxili İşlər naziri Vadim Bakatin rəhbərlik edirdi.

Qeyd: Materialın hazırlanmasında istifadə edilən faktları azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov təqdim edib.

Tarix
2020.01.20 / 23:34
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla