Yuxarı

AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:41

Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu vəsait sayəsində Şərq Tərəfdaşlığı ölkələrində 4800 kilometr yol, 6 liman və 11 logistik mərkəz tikilməsi planlaşdırılıb. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək.

Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq.

Ən böyük vəsaitin Ukraynaya (4,453 milyard avro) və Gürcüstana (3,5 milyard avro) ayrılması planlaşdırılıb. Tiflisə veriləcək vəsaitlə Zumateleti-Arqveti yolu, Rustavi-Qırmızı körpü yolundakı körpünün, Alqei-Sadaxlı yolunun, Sadaxlıdakı körpünün, Qriqorleti-Kobuleti yolunun tikiləcəyi bildirilib.

Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb – 2 milyard 78 milyon avro. İlkin mərhələdə 5 logistik mərkəzə 369 milyon, Ələt Azad İqtisadi Zonasına 410 milyon, Şimal-Cənub dəmiryolunun telekommunikasiya və elektrikləşməsinə 328 milyon avro ayrılması nəzərdə tutulur. Ümumilikdə 6 layihə üzrə magistral yol üçün 613 milyon, dəmiryolu üçün 663 milyon, logistik mərkəz üçün 802 milyon avro ayrılacaq.

Digər ölkələr – Belarusa 1,248 milyard avro, Moldovaya isə 917 milyon avronun verilməsi planlaşdırılıb.

Tarix
2019.01.21 / 16:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla