Yuxarı

“Xalqları sülhə hazırlamaq” nə deməkdir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Həmsədrlər heç vaxt açıq şəkildə Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edə bilmədiklərini etiraf etməyəcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Uzun müddətdir ki, Dağlıq Qarabağ məsələsi danışıqlar vasitəsi ilə həll olunmur. Çünki Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etmək istəmir. Təbii ki, belə olan halda Azərbaycan tərəfinin danışıqlara marağı azalır. Əslində, bu məntiqlidir. İkincisi, danışıqlar mümkün deyilsə, deməli, məsələnin həllində yeganə variant güc yoludur. Həmsədrlər isə müxtəlif səbəblərə görə bu işin öhdəsindən gələ bilmədiklərini etiraf etməyəcəklər. Əslində, Qarabağ probleminin həllinin məhz Ermənistanın mövqeyi ucbatından mümkün olmadığını açıq bəyan etmək həmsədrlərin səlahiyyətində deyil. Onlardan hətta prosesdən geri çəkildiklərinə və məsələnin müharibə yolu ilə həllinə dair hər hansı bəyanat gözləmək də mümkün deyil. Buna görə də millətləri sülhə hazırladıqlarına dair imitasiya xarakterli bəyanatlar verməyə davam edirlər”, - sabiq nazir bildirib.

T.Zülfüqarov həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü hazırladığını bildirib:

“Paşinyan 1998-ci ildən əvvəlki formata qayıtmaq və danışıqları 20 il ərzində istifadə edilən ənənəvi formatdan yayındırmaq istəyir. Təbii ki, Azərbaycan buna razılıq verməyib. İmitasiya da məhz bu əsaslarla davam etdiriləcək. Çox güman ki, həmsədrlər yaxın zamanlarda Azərbaycan prezidenti və Ermənistan baş nazirini görüşə də dəvət edəcəklər. Düzdür, bu görüş mahiyyəti dəyişməyəcək. Buna baxmayaraq Azərbaycan tərəfi 30 ildir danışıqları aparan əsas tərəf kimi İrəvanın əlinə bəhanə verməmək üçün bu görüşə razılaşacaq”.

Tarix
2019.01.22 / 16:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla