Yuxarı

“Böyük Ermənistan xəritəsi”nə baxın: Ədalətsiz sülh olarsa…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün müharibələr sonda sülhlə nəticələnir. Və daima müharibə edən cəmiyyətləri sülhə hazırlanma ehtiyacı var. Ancaq burda əsas məqam sülhün mahiyyətindən gedir.

Bu sözləri Axar.az-a “xalqları sülhə hazırlamaq” yanaşmasına münasibət bildirən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, ədalətsiz sülh yeni və daha büyük müharibələrin və uzunmüddətli münaqişələrin əsasını qoyur:

“Məsələn, I Dünya müharibəsindən sonra Almaniyanın məcbur edildiyi Versal müqaviləsi çox ədalətsiz idi və bu, yeni, daha böyük II Dünya müharibəsi ilə nəticələndi. Osmanlıya imzaladılan biabırçı Sevr müqaviləsi də türk milləti tərəfindən tarixin zibilliyinə atıldı. İsrail-Fələstin məsələsinin bu qədər uzanmasının əsas səbəblərindən biri də ədalətsiz sülhdür”.

N.Cəfərsoy vurğulayıb ki, son 200 ildə azərbaycanlılar (türklər) və ermənilər arasındakı bəzən açıq, bəzən qapalı davam edən münaqişə və müharibələrin kökündə ədalətsiz sülh müqavilələri var:

“Məsələn, erməni məsələsini Qafqazda ortaya çıxaran 1813-cü il tarixli Gülüstan, 1828-ci il tarixli Türkmənçay və 1826-cı il tarixli Ədirnə müqavilələridir. Bu məsələni böyüdənlər isə 1905-1907, 1918 və 1988-dən başlayan və hələ də davam edən dövrdə azərbaycanlı (türk)-erməni məsələsinə ədalətsiz yanaşmalardır.

Azərbaycan-Ermənistan məsələsində bu ədalətsizliyin təməlində saxta “Böyük Ermənistan” tezisi və bu tezisi öz marağına uyğun hesab edən xarici amillərin rolu var. Yeni bir ədalətsiz sülh sadəcə və sadəcə “Böyük Ermənistan” tezisinin uğuru kimi qəbul ediləcək və uzun perspektivdə sadəcə Azərbaycanı deyil, Gürcüstanı, Türkiyəni, İranı və hətta Rusiyanı hədəf alacaq yeni, daha böyük problemlərin səbəbi olacaq.

Bu mənada “böyük ermənistan”çılar Qarabağda bir məğlubiyyətlə dayandırılmasalar, Qafqazda ən az 100 il davam edəcək yeni savaşların əsası qoyulacaq. Unudulmasın ki, faşist Hitler hakimiyyətinə 1933-1939-cu illərdə güzəştə gedən Fransa, İngiltərə və SSRİ sonradan onun hücumunun qurbanı oldu”.

Ekspert qeyd edib ki, özü kiçik olsa da, iddiaları böyük olan erməni şovinizmi bu gün Rusiya və İran dəstəyi ilə Azərbaycanı hədəf alır, sabah isə başqalarının dəstəyi ilə İranı və Rusiyanı hədəf alacaq:

“Böyük Ermənistan xəritəsi”nə baxan, bunu açıq görə bilər. Erməni xalqının özünün də bu daşnak zehniyyətindən xilas olması Qarabağ eyforiyasının bitməsi ilə mümkündür. Bu eyforiyadan xilas isə ancaq savaş meydanında bir məğlubiyyətlə mümkün ola bilər. Ədalətli bir sülh üçün daşnak zehniyyəti mütləq bir məğlubiyyət almalıdır. Bu müharibə istəmək deyil. Təəssüf ki, insanlıq tarixinin bizə göstərdiyi acı reallıq budur ki, radikallar sözdən anlamır. Yeni bir sülh fəaliyyəti içində olan daxili və xarici aktorlar burada qeyd etdiyim məqamları unutmasalar, bu, hamının faydasına olar”.

Tarix
2019.01.22 / 13:04
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla