Yuxarı

Əliyevlə görüş: Qarabağ klanı Paşinyana qarşı hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüşdən sonra ikinciyə qarşı Qarabağ klanının üzvləri tərəfindən kampaniya başladılıb.

Axar.az xəbər verir ki, başladılan kampaniya çərçivəsində Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına yaxınlığı ilə seçilən müxtəlif ekspert və siyasətçilər Paşinyanın Əliyevlə görüşünü şübhə altına qoymağa çalışıblar. Qarabağla bağlı sülh danışıqlarından istifadə edən bu şəxslər Paşinyanın nüfuzuna Əliyevlə Davosda olan görüşündən sonra zərbə vurmağa cəhd ediblər.

Belə ki, Feysbuk səhifəsində paylaşım edən erməni politoloq Ayk Martirosyan tərəflər arasında görüşün guya niyə baş tutduğunu anlamadığını deyib:

“Bütün bunlarda Ermənistanın faydası nədir? Niyə bununla bağlı informasiya əvvəldən verilmir və ya müzakirələrin məzmunu açıqlanmır? Ter-Petrosyan, Köçəryan və Sərkisyan dövründəki gizliliyin səbəbi bəlli idi. İndi bu yoxdur. Niyə şəffaflıq şəraitində belə şəffaflıq yoxdur? Niyə görüşlər belə aktivdir? Erməni tərəfi nəyə çalışır?”

Serj Sərkisyanın sadiq kadrı və hazırda Respublikaçılar Partiyasının sədr müavini olan Armen Aşotyan isə Paşinyana qarşı yeni tələblər irəli sürüb. Aşotyan hökumətdən Əliyevlə görüş barədə daha ətraflı izahat istədiyini və bunun xalqın tələbi olduğunu deyib.

Maraqlı məqam odur ki, Sərkisyanın hakimiyyəti dönəmində Aşotyan parlamentin Xarici Siyasət Komitəsinə rəhbərlik edib və Qarabağla bağlı hökumətin həyata keçirdiyi siyasətin əsas icraçılarından biri olub. Hazırda Paşinyanı tənqid edən Aşotyan baş nazirdən aşkarlıq tələb etsə də özü Sərkisyan dönəmində niyə Qarabağ danışıqlarıyla bağlı aşkarlığın olmasına aydınlıq gətirməyib.

Qeyd edək ki, dünən Davos forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş 1,5 saat davam edib.

Tarix
2019.01.23 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla