Yuxarı

AMEA həm də ixtisarlara başladı: kimlər gedir? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları aparılması ilə bağlı fərman imzalamasından sonra qurumda ştatda çalışan işçilər arasında ixtisarlar aparılması gözlənilir.

Bu barədə Axar.az-a danışan mənbə bildirib ki, zəif və elmi-tədqiqat işlərində passiv iştirak edən şəxslər ixtisar olunacaq. Mənbənin sözlərinə görə, hər bir institutda 30 faiz ixtisar aparılması nəzərdən keçirilir. Bu addımın digər daha potensiallı elmi işçilərin gəlirinin artması və beləliklə, ciddi rəqabət və stimulun yaranması üçün atılacağı bildirilir.

Ümumiyyətlə, ixtisarların təbii axarda gedəcəyi də qeyd edilir. Belə ki, elmi işçilərin “gündəlik davamiyyətə görə” standart maaşla təminatından imtina edilməsi ideyası gündəmdədir. Simvolik maaş saxlanılmaqla yanaşı, əsas diqqət irəli sürülən layihələrə ayrılacaq. Layihə irəli sürməyən və layihələrinə görə maliyyə almayan kadrlar isə avtomatik elmi prosesdən uzaqlaşacaq.

Məsələ ilə bağlı saytımıza danışan AMEA-nın Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib ki, bu barədə hələlik dəqiq bir informasiya yoxdur:

“Prezidentin imzalandığı fərmana əsasən, AMEA-nın tabeliyindəki elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumlarda islahatlar aparılması üçün təkliflər hazırlanması məqsədilə 6 ay vaxt verilib. İxtisarlar barədə danışmaq hələ tezdir. Ola bilsin, fevral ayında bu barədə məlumat verilsin”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə Fərman imzalayıb. Sözügedən fərmanın icrası ilə əlaqədar olaraq AMEA-dakı bəzi institut və qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ekspertlərin fikrinə görə, hazırda AMEA daxilində mövcud olan 35-dək institut və mərkəzin birləşdirilməsi nəticəsində ən çoxu 20 qurumun saxlanılması üzərində iş aparılır.

Tarix
2019.01.23 / 14:20
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla