Yuxarı

Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıyır - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün kütləvi informasiya vasitələrinin münasibətlərin, maraqların və siyasi mövqenin formalaşmasındakı rolu böyükdür. Son onilliklər ərzində internet texnologiyaları insan fəaliyyətinin bütün sferalarına nüfuz edib. Siyasi proseslər də bu təsirdən yan keçməyib. İnternet bütün proses iştirakçılarına informasiyanı təkcə istehlak etməyə deyil, həm də onu özlərinin yaratmasına imkan verir. Ənənəvi media daha çox insanların siyasi fəaliyyətinə yönəldiyi halda, sosial media insanların siyasətdən kənar şəxsi keyfiyyətlərini də işıqlandırır ki, bu da müsbət və ya mənfi imic yaradır.

Axar.az xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında “Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və “Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, siyasi təşkilatlar üçün sosial şəbəkələrdən istifadənin böyük üstünlüyü informasiyanın istifadəçilərə birinci şəxsdən, düzgün formada çatdırılmasıdır. Milyonlarla insan heç bir mövzuda senzuraya məruz qalmadan fikirlərini sərbəst ifadə edə bilir. Sosial media elə bir yeni reallıq yaradıb ki, burada o, ənənəvi mediadan daha sürətlidir. İstehsalı heç bir xərc tələb etməyən saxta xəbərlər dərhal yayılır və məşhurlaşır. Heç kim nəyin doğru, nəyin yalan olmasını araşdırmaqda maraqlı deyil.

S.Fətəliyeva qeyd edib ki, bu informasiya müharibəsində yəqin ki, "Facebook" və "Twitter" qalib gələcək, çünki investorlar ənənəvi mediadan çox yeni platformalara yatırım etməkdə maraqlıdırlar. Bu səbəbdən də hər bir kütləvi informasiya vasitəsi media azadlığından yararlanmaqla yanaşı, yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır. Mediada və internet resurslarında etibarlı məlumat pərdəsi altında saxta informasiyanın və cəmiyyətə, dövlətə hörmətsizlik ifadə edən təhqiramiz materialların yayılmasına görə məsuliyyətə cəlb edən qanunların işlənib hazırlanmasına böyük zərurət var.

Azərbaycanlı deputat medianın seçkilər zamanı roluna da toxunub, onun müsbət və mənfi məqamlarını diqqətə çatdırıb.

Tarix
2019.01.23 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla